G7 ölkələri 2023-cü ilin sonuna qədər tədarük zəncirində tərəfdaşlığa başlamaq niyyətindədir
"Böyük Yeddilik" (G7) ölkələri enerji təhlükəsizliyinin və makroiqtisadi sabitliyin yaxşılaşdırılmasına kömək etmək üçün ilin sonunadək tədarük zəncirində tərəfdaşlığa başlamaq niyyətindədir.
Bu barədə şənbə günü G7-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin Niiqatada keçirilən görüşünün yekunları üzrə qəbul edilmiş birgə bəyanatda deyilir.
Qeyd edək ki, 2023-cü ildə G7-yə Yaponiya sədrlik edir. Mayın 19-dan 21-dək "Yeddilik” sammiti 1945-ci ildə Amerikanın atom bombasına məruz qalmış şəhəri Xirosimada keçiriləcək. Sammitə Avstraliya, Braziliya, Vyetnam, Hindistan, İndoneziya, Kuk adaları, Komor Adaları İttifaqı və Cənubi Koreya liderləri də dəvətlidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər