• $
  • £

Azərbaycan XİN rəhbəri Brüsseldə Cozep Borrellə görüşüb

Azərbaycan XİN rəhbəri Brüsseldə Cozep Borrellə görüşüb
15.05.2023 18:10
Xarici işlər naziri Ceyhun Bayramov Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellə görüşüb.

Görüş bu gün Brüsseldə baş tutub.

Bu barədə Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə bildirib.

Görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyətini və perspektivlərini, o cümlədən energetika və nəqliyyat dəhlizləri sahəsində əməkdaşlığı, Azərbaycanla Ermənistan arasında normallaşma prosesini və bölgədə cari vəziyyəti müzakirə ediblər.

Görüş zamanı Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin 9 aya yaxın fasilədən sonra baş tutmuş son görüşünün sülh gündəliyinin irəlilədilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Nazir Ceyhun Bayramov iki ölkə arasında münasibətlərin ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında normallaşmasına ölkəmizin sadiqliyini vurğulayıb. Ermənistanın son təxribatları daxil, prosesə maneçilik cəhdlərinin qarşısının alınmasının əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Bununla yanaşı, Ermənistanın mina təhdidlərinin aradan qaldırılmasının vacib olduğu bildirilib.

Tərəflər həmçinin Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların tezliklə yekunlaşdırılmasının əhəmiyyətini qeyd ediblər.


Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol