Ukrayna sədr müavini - Ukraynada Zərifə Əliyeva adına məktəb atəşə tutulub - VİDEO
Ukraynada Zərifə Əliyevanın adını daşıyan məktəb Rusiya tərəfindən atəşə tutulub. Bunu mayın 16-da Milli Məclisin Heydər Əliyevə həsr olunan xüsusi iclasında UKrayna Ali Radasının sədr müavini Olena Kondratiuk deyib.
"Ruslar uşaqlarımızı qaçıraraq soyqrım həyata keçirir. 20 min uşağımız zorla Rusiyaya təqdim edilib. Burdan Azərbaycana səslənərək uşaqlarımızın qaytarılması üçün kömək istəyirəm", - sədr müavini bildirib.
Adi Radanın sədr müavini Rəsmi Bakıya humanitar yardım etdiyinə görə də təşəkkür edir. O həmçinin Ukrayna Ordusunda Rusiyaya qarşı döyüşən azərbaycanlılara minnətdarlığını bildirib.
Rusiya 2022-ci ilin fevralından Ukraynada hərbi əməliyyat keçirir. Bu gün iki ölkə arasında gərgin vəziyyətdən 447 gün keçir. Müharibə başlayandan dünyada tanınan bir çox brend markalar və şirkətlər Rusiya bazarından etiraz olaraq çıxıb. Amerika və Avropanın çox ölkəsi Rusiyaya qarşı sərt sanksiya tətbiq edib. Bütün bu proseslər Rusiyanı mövqeyindən geri çəkməyib.
Gülnar Nazimqızı
Oxşar xəbərlər
Oxşar xəbərlər