• $
  • £

Silahlı Qüvvələrin Türkiyədəki hərbi attaşesi azərbaycanlı hərbi qulluqçularla görüşüb

Silahlı Qüvvələrin Türkiyədəki hərbi attaşesi azərbaycanlı hərbi qulluqçularla görüşüb
17.05.2023 18:49
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyə Respublikasındakı hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin əməkdaşları Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Jandarma və Sahil Mühafizəsi Akademiyasının idarə heyəti və Akademiyada təhsil alan azərbaycanlı hərbi qulluqçularla görüşüb.

Səfirlikdən  verilən xəbərə görə, Jandarma və Sahil Mühafizəsi Akademiyasının rəisi general-leytenant Nuh Köroğlu və Akademiyanın İdarə heyəti ilə keçirilən görüş zamanı Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasındakı hərbi təhsil sahəsində əməkdaşlıq, mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi və bu istiqamətdə lazım olan işlərin görülməsi, azərbaycanlı hərbi qulluqçular üçün ayrılmış yerlərin sayının artırılması və digər mövzularda fikir mübadiləsi aparılıb.

Bundan əlavə, son günlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, eləcə də Azərbaycan-Ermənistan şərti sərhədində baş verən gərginlik, Azərbaycan ərazilərində Ermənistan tərəfindən təbii sərvətlərin qanunsuz istismarı, talan edilməsi və ermənilərin regionda sabitliyi pozması istiqamətində atdığı addımlar Akademiyanın idarə heyətinin diqqətinə çatdırılıb.

Daha sonra Jandarma və Sahil Mühafizəsi Akademiyasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları ilə görüş keçirilib, kursantlar üçün yaradılmış şəraitlə yaxından tanış olunaraq onların nizam-intizamı, imtahan nəticələri barədə söhbətlər aparılın və müraciətləri dinlənilib. Hərbi attaşe tərəfindən Akadmiyada təhsil alan hərbi qulluqçulara bir daha onların üzərinə düşən məsuliyyət xatırladılıb, onların vətənpərvər, peşəkar və intizamlı zabit kimi formalaşmalarında müvafiq tövsiyələr verilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol