• $
  • £

Xorvatiyanın parlament nümayəndə heyəti Ağdamda səfərdə olub

Xorvatiyanın parlament nümayəndə heyəti Ağdamda səfərdə olub
17.05.2023 19:36

Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək üçün ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya parlamentinin sədr müavini Davorko Vidoviçin rəhbərliyi ilə Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti mayın 17-də Ağdamda erməni vandalizminin izləri, həmçinin aparılan bərpa-quruculuq işləri ilə tanış olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Ağdamda qonaqlar əvvəlcə Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin Qərargahında olublar.

Səfər zamanı erməni vəhşiliyinə məruz qalan tikililər barədə məlumat verilib. Bildirilib ki, erməni vandalizmi təkcə yaşayış yerlərindən deyil, Azərbaycanın tarixi abidələrindən də yan keçməyib.

Nümayəndə heyətinin üzvlərinə Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçirilən quruculuq işləri barədə ətraflı məlumat verilib. Əminliklə bildirilib ki, "Qafqazın Xirosiması” kimi tanınan Ağdam Azərbaycan Prezidentinin təşəbbüsü ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək, doğma yurdlarından 30 il ayrı düşmüş insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək.
Səfər iştirakçıları erməni vəhşiliyi nəticəsində yerlə-yeksan edilən Ağdam şəhərinin dağıntıları ilə də tanış olub, Dram teatrının salamat qalan divarına baxıblar.

Ağdam Cümə məscidinə ziyarət zamanı vurğulanıb ki, digər tarixi abidələrimiz kimi, 1868-ci ilin yadigarı olan bu məscid də işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən talan edilib, yandırılıb. Erməni işğalçıları məscidin minarələrindən müşahidə məqsədilə istifadə etdiklərinə görə tarixi abidə tam dağıdılmayıb.
 
Buna baxmayaraq, erməni vandalları bütün müqəddəs məkanlarımız kimi, bu məscidin də ibadət zalından heyvan saxlamaq üçün istifadə ediblər.

Sonra qonaqlara Ağdam Sənaye Parkında görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılan Sənaye Parkında minə yaxın iş yerinin yaradılması nəzərdə tutulur. Burada yaradılan müəssisələr yerli istehsalın inkişafına təkan verməklə, bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişinə və bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verəcək.

Səfər çərçivəsində nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Könül Nurullayeva müşayiət edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol