• $
  • £

Azər Həsrət: ATƏT-in 210-dan çox müşahidəçisindən 95 faizi Türkiyədə seçkilərə müsbət qiymət verib

Azər Həsrət: ATƏT-in 210-dan çox müşahidəçisindən 95 faizi Türkiyədə seçkilərə müsbət qiymət verib
17.05.2023 21:31

"ATƏT-in Türkiyədəki seçki prosesini izləyən 210-dan çox müşahidəçisindən 95 faizi seçki prosesinə müsbət qiymət verib".

Bu barədə Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist, Azər Həsrət Türkiyədə ATƏT-in müşahidəçisi kimi izlədiyi seçki prosesindən danışarkən deyib.

O bildirib ki, müşahidələr onu göstərdi ki, Türkiyədəki seçki prosesi tamamilə şəffaf və təhlükəsizlik şəraitdə keçirilir:
"Fransa isə buna kölgə salmaq istəyir. ATƏT-in müşahidəçiləri kimi qardaş ölkədə baş verən seçki prosesini yaxından izlədik. Mən və digər heyət Türkiyənin Adana vilayətində daha sonra Mərsinin Ərdəmli ofisində olduq. İlkin müşahidələrimiz o idi ki, vətəndaşlar səsvermə başlamadan öncə məntəqə önündə toplanmışdı. İlk dəqiqələrdən sona qədər heç bir əngəl hiss etmədik. Gün ərzində ümumilikdə 9 məntəqədə seçki prosesini izlədik. Küçədən keçən hər kəsə gəlib seçki nəticələrinin yoxlanılmasında iştirak edə bilərdi.
 
Seçicilərin yazdığı adlar açıq şəkildə sonda göstərilirdi. ATƏT-in müşahidəçiləri sırasında Türkiyədəki seçki prosesini izləyən 210-dan çox müşahidəçisindən 95 faizi prosesə müsbət qiymət verib. Ancaq ATƏT-in müşahidəçiləri sırasında fransız xanım da var idi. O özünü təhlükədə hiss etdiyini bildirdi. Amma buna əsas verəcək heç bir hal baş vermədi. Mən başa düşdüm ki, onlara təlimat verilmişdi ki, Türkiyədə keçirilən seçki prosesinin şəffaflığı və təhlükəsizlik məsələsi gözdən salınsın. Bu isə tamamilə əsassızdır, seçki prosesi şəffaf və tam təhlükəsiz şəraitdə keçirilir".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol