• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Azercell-də ADA Məktəbinin şagirdləri ilə görüş keçirilib

Azercell-də ADA Məktəbinin şagirdləri ilə görüş keçirilib
19.05.2023 16:02
Məktəblilər mobil operatorun Şəbəkə Texnologiyası departamenti ilə tanış olublar

"Azercell Telekom”-un İnsan Kapitalının İdarə Edilməsi departamenti ADA Məktəbinin müəllim və şagird heyəti ilə görüş təşkil edib. ADA Məktəbinin 11-ci sinif şagirdləri ölkənin aparıcı mobil operatorunun Şəbəkə Texnologiyası departamenti ilə tanış olub, onun iş prinsinipini izləmək imkanı qazanıblar. Tədbir zamanı məktəblilər Azercell-in şəbəkə əhatə dairəsi və xidmətin keyfiyyəti ilə bağlı araşdırmalarını təqdim edib, öz müşahidələri ilə bölüşüblər. Bu, şagirdlər üçün müxtəlif mənbələrdən öyrəndikləri nəzəri bilikləri real telekommunikasiya mühitində təqdim etmək və dəyərli təcrübə qazanmaq baxımından önəmli bir imkan olub.

Azercell-in Şəbəkə Texnologiyası departamentinin Şəbəkənin keyfiyyətinə nəzarət və hesabat bölümünün rəhbər və mütəxəssisləri artıq məktəb yaşlarından bu sahəyə maraq göstərən gənclərə dəstək olmaq məqsədilə məktəblilərə işlərini təkmilləşdirmək və bacarıqlarını artırmaq üçün müəyyən istiqamətlər və tövsiyələr veriblər. Şagirdlərə "STARTAP nədir” mövzusunda sessiya təqdim olunub, startapların ən son tendensiyaları, onların müxtəlif istiqamət və imkanları ilə bağlı sualları cavablandırılıb. Mövzü ilə bağlı şagirdlərə öz bacarıqlarını daha da inkişaf etdirməyə imkan verən qrup çalışması keçirilib. 

Azercell Plazada şagirdlər üçün həmçinin ekskursiya proqramı da təşkil olunub. Məktəblilərə bençmark və drayv-test avadanlıqları əyani şəkildə göstərilib və onların işləmə prinsipi izah olunub, şagirdləri maraqlandıran sualları Azercell əməkdaşlarına ünvanlamaq imkanı yaradılıb. Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim edilib. 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır
İqtisadiyyat 10:29
Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
İqtisadiyyat 17:02
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb
İqtisadiyyat 15:29
Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb
Doqquz ayda 1564 nəfər Azərbaycandan gedib
İqtisadiyyat 15:25
Doqquz ayda 1564 nəfər Azərbaycandan gedib
Doqquz ayda doğulan körpələrin sayı açıqlanıb
İqtisadiyyat 15:18
Doqquz ayda doğulan körpələrin sayı açıqlanıb
Boşanan və evlənələrin sayı azalıb
İqtisadiyyat 15:09
Boşanan və evlənələrin sayı azalıb
Ölkədə pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 13:06
Ölkədə pərakəndə ticarət dövriyyəsi artıb
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
İqtisadiyyat 12:46
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
Xankəndidə mənzillər satışa çıxarılacaq
İqtisadiyyat 12:37
Xankəndidə mənzillər satışa çıxarılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol