• $ 1.7
  • € 2.0051
  • ₽ 0.022274
  • ₺ 0.0388
  • £ 2.2977

İlham Əliyev Bakı Ürək Günləri VIII Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

İlham Əliyev Bakı Ürək Günləri VIII Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
20.05.2023 13:06
Azərbaycan Prezidenti İlham Əliyev "Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:
"Hörmətli Konqres iştirakçıları!
Sizi – Azərbaycan kardioloqlarını, kardiocərrahlarını və müxtəlif ölkələrdən paytaxtımıza gəlmiş alimləri "Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresinin öz işinə başlaması münasibətilə səmimi-qəlbdən salamlayır, gələcək fəaliyyətinizdə hər birinizə müvəffəqiyyətlər arzulayıram.

Builki Konqresin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması rəmzi məna daşıyır. Ulu Öndər ölkəmizdə səhiyyə sisteminin təkmilləşdirilməsi və dünya standartları səviyyəsində qurulması işini daim diqqətdə saxlamışdır.

Azərbaycan səhiyyəsinin ötən dövr ərzində keçdiyi yol təbabətin sürətlə irəliləyən sahələrindən biri kimi kardiologiya elminin mühüm nailiyyətlərinin tətbiqinə, ürək xəstəliklərinin müasir terapevtik və cərrahi üsullarla müalicəsinin təmin olunmasına əlverişli şərait yaratmışdır. Nüfuzlu kardioloji mərkəzlərdə gerçəkləşdirilən ən çətin əməliyyatların hazırda yeni nəsil həkimlərimizin fəaliyyəti sayəsində uğurla keçirilməsi qürur hissi doğurur.

Ənənəvi "Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin kardiologiya və ürək-damar cərrahiyyəsinin inkişafında özünəməxsus rolu vardır. Bu sahə ilə bağlı geniş fikir mübadiləsinin aparılacağı tədbirinizdə dünyanın mötəbər tibb qurumlarını təmsil edən görkəmli kardioloq alim və cərrahların iştirakı Konqresinizin qazandığı yüksək etimadın göstəricisidir. Beynəlxalq təcrübədən qarşılıqlı surətdə lazımınca faydalanmaqla kardiologiyanın aktual məsələlərinin həllinə yönəlmiş birgə səylərinizin səmərəli olacağına inanıram.

Ümidvaram ki, böyük elmi və elmi-praktiki əhəmiyyətə malik bu Konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əlaqələrini daha da möhkəmləndirəcək, yüksəkixtisaslı kadr hazırlığına, kardiologiyanın, ürək-damar cərrahiyyəsinin və ümumilikdə tibb elminin inkişafına töhfələr verəcəkdir".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BP-yə yeni vitse-prezident təyin olunub
Cəmiyyət 10:31
BP-yə yeni vitse-prezident təyin olunub
Bir gündə 67 cinayətin üstü açılıb
Cəmiyyət 10:28
Bir gündə 67 cinayətin üstü açılıb
Azəriqaz 80 xadiməni imtahandan keçə bilmədiyi üçün işdən azad edib
Cəmiyyət 10:22
Azəriqaz 80 xadiməni imtahandan keçə bilmədiyi üçün işdən azad edib
Azərbaycanda qida bazarında nəzarət yoxdur - Çingiz Qənizadə
Cəmiyyət 10:11
Azərbaycanda qida bazarında nəzarət yoxdur - Çingiz Qənizadə
Səbinə Əliyevaya Milli Qəhrəman adı verilsin - Təklif
Cəmiyyət 10:01
Səbinə Əliyevaya Milli Qəhrəman adı verilsin - Təklif
Azərbaycan nefti bahalaşıb
Cəmiyyət 09:51
Azərbaycan nefti bahalaşıb
Deputat: Prezident və ailəsinə qarşı böhtan xarakterli məlumatlar yayılır
Cəmiyyət 09:46
Deputat: Prezident və ailəsinə qarşı böhtan xarakterli məlumatlar yayılır
Ombudsman elə işləməlidir ki, bəzi həbslər siyasi motivə çevrilməməlidir
Cəmiyyət 09:37
Ombudsman elə işləməlidir ki, bəzi həbslər siyasi motivə çevrilməməlidir
Deputat təklif edir ki, məktəb bufetlərində xüsusi uşaq menyuları olsun
Cəmiyyət 09:30
Deputat təklif edir ki, məktəb bufetlərində xüsusi uşaq menyuları olsun
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol