• $
  • £

Milli Məclisin deputatları MDB PA-nın komissiya iclaslarında iştirak edəcəklər

Milli Məclisin deputatları MDB PA-nın komissiya iclaslarında iştirak edəcəklər
20.05.2023 13:53
Milli Məclisin deputatları MDB Parlamentlərarası Assambleyasının komissiya iclaslarında iştirak etmək üçün mayın 22-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.

Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, deputat Fəzail Ağamalı MDB PA-nın Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının iclasında iştirak edəcək. Tədbirdə dövlətin seçki suverenliyinin təmin edilməsi və qorunması, elektron səsvermənin müşahidəsi, rəqəmsal mühitdə vətəndaşların hüquqlarının təmin edilməsi və qorunması üzrə yerli özünüidarəetmə orqanlarının fəaliyyəti, dövlətin ekoloji siyasətinin yerli səviyyədə həyata keçirilməsi və digər mövzularda müzakirələr aparılacaq.

Deputat Jalə Əliyeva qurumun Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının iclasına qatılacaq. Yığıncaqda "Orqanik kənd təsərrüfatı haqqında”, "Atmosfer havasının qorunması haqqında”, "Torpağın mühafizəsi haqqında”, "Ekoloji monitorinq haqqında” model qanun layihələrinə və digər məsələlərə baxılacaq.
Səfər mayın 25-də başa çatacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol