• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Berlində Xordad hadisələrinin ildönümü ilə əlaqədar Azərbaycan bayrağı dalğalandırılıb

Berlində Xordad hadisələrinin ildönümü ilə əlaqədar Azərbaycan bayrağı dalğalandırılıb
22.05.2023 10:02
İranda baş verən Xordad hadisələrinin ildönümü ilə əlaqədar Almaniyanın paytaxtı Berlində etiraz aksiyası keçirib. Bu barədə Güney Azərbaycanın Səsi teleqram kanalı məlumat yayıb.

Aksiyada azərbaycanlılar, türkiyəlilər, Qaşqay türkləri iştirak ediblər.
 
Şüarlarda "Azadlıq, Ədalət, Milli Hökumət!", "Azadlıq!", "Məhv olsun raşist!", "Azərbaycan oyaqdır, millətinə dayaqdır!", "Güney Azərbaycan İran deyil!" və başqa şüarlar səsləndirib.
 
Etirazçılar Azərbaycan və Güney Azərbaycanın bayraqlarını dalğalandırıblar.
 
12 may 2006-cı ildə İran dövlətinin rəsmi orqanı olan "İran” qəzetinin müvafiq sayında türkləri böcək kimi təsvir edən karikatura dərc edilib. Buna etiraz edən azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə aksiyalara başlayıblar.

Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, Sulduz və Mərənd kimi şəhərlərdə qısa müddət sonra kütləvi etirazlar başlayıb.

İran hüquq-mühafizə orqanları aksiyaların böyüməsinin qarşısını almaq məqsədilə, gücdən istifadə edərək dinc şəkildə keçirilən etiraz aksiyalarını dayandırmaq üçün tədbirlər görməyə başlayıb.

Etirazlar zamanı 30-dan çox soydaşımız İran rejiminin təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid olub, yüzlərlə insan yaralanıb, həmçinin çoxsaylı aksiya iştirakçısı həbs edilib.
 
Aytac
 

 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Liviya sahilləri yaxınlığında neft tankeri partlayıb
Dünya 23:50
Liviya sahilləri yaxınlığında neft tankeri partlayıb
Avropada anomal istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib
Dünya 23:30
Avropada anomal istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib
NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək
Dünya 23:21
NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək
Almaniya Ukraynaya 9 milyard avrodan çox yardım ayıracaq
Dünya 22:38
Almaniya Ukraynaya 9 milyard avrodan çox yardım ayıracaq
İtaliyada 4,6 bal gücündə zəlzələ olub
Dünya 22:24
İtaliyada 4,6 bal gücündə zəlzələ olub
Paşinyan Kaya Kallasla görüşüb
Dünya 21:25
Paşinyan Kaya Kallasla görüşüb
Fransada ictimai yerlərdə siqaret çəkmək qadağan olunub
Dünya 19:58
Fransada ictimai yerlərdə siqaret çəkmək qadağan olunub
İranda İsrailin hücumlarında ölənlərin sayı açıqlanıb
Dünya 15:43
İranda İsrailin hücumlarında ölənlərin sayı açıqlanıb
Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib
Dünya 10:18
Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol