• $
  • €
  • ₽
  • ₺
  • £

SABIS® SUN Azersun Holding ilə şagird təcrübə proqramı layihəsinə start verir

SABIS® SUN Azersun Holding ilə şagird təcrübə proqramı layihəsinə start verir
23.05.2023 13:45
SABIS SUN® Beynəlxalq Məktəbi (SABIS® SUN) Azərbaycanın qida və sənaye sektorunun aparıcı şirkəti olan Azersun Holdinqlə şagirdləri üçün 4 həftəlik yay təcrübə proqramına başladığını elan etdi. Təcrübə proqramı SABIS® SUN məktəbinin 15 yaşdan yuxarı 10, 11 və 12-ci sinif  şagirdləri üçün təşkil olunmuşdur, bu proqram onlara məktəbdə əldə etdikləri yüksək keyfiyyətli təhsil və 21-ci əsr bacarıqlarını hazırkı  şəraitdə tətbiq etmək imkanı yaradacaq. 
Müraciət edən şagirdlər Azərsun Holdinqin daxilində İT, Marketinq, Dizayn və Biznesin İnkişafı kimi müxtəlif departamentlər və şirkətlərlə yaxından əməkdaşlıq edəcəklər.

Məktəbin direktoru Francois Enslin paylaşıb: "Bu təcrübə proqramı şagirdlərimizə öz maraqlarını araşdırmaq və gələcək karyera məqsədləri barədə düşünmək üçün daha çox imkanlar yaradacaq. Sənaye mütəxəssisləri ilə birgə işləyərək, onlar fərqli sahələrdə görüş və təcrübə qazanacaqlar. Bu intensiv 4 həftəlik proqramın şagirdlərimizi necə dəyişəcəyini və onları gələcəyə daha da hazır edəcəyini görmək ümidindəyəm.”

Təcrübə proqramının bir başqa əsas faydası da şagirdin  universitet müraciətlərinə əlavə edəcək dəyərinin olmasıdır. SABIS® SUN şagirdləri CV-lərində real həyat təcrübəsi ilə xüsusi bir yer tutaraq dünyanın başlıca universitetlərinə müraciətlərində digər namizədlərdən fərqlənəcəklər.

 SABIS® SUN Beynəlxalq Məktəbi həmişə şagirdlərinə universitetdə və həyatda uğur qazanmaq imkanı verən üstün keyfiyyətli bir təhsil verməyə çalışır. Bu təcrübə şagirdlərin akademik mükəmməlliyi, həyata hazırlığı və özünü inkişafını tarazlaşdıran, universitetə və ondan sonra uğur qazanmalarına imkan verən yüksək keyfiyyətli təhsil vermək öhdəliyinə daha bir sübutdur.

VIDEO LINK:
https://youtu.be/v4Hdf5TeqqY

SABIS® SUN Beynəlxalq məktəbi haqqında:

SABIS® SUN Beynəlxalq Məktəbi (SABIS® SUN) heç bir ayrı-seçkiliyə yol verməyən, bir yerdə  təhsil verən, tədris fəaliyyətini ingilis dilində həyata keçirən  və uşaq bağçasından 12-ci sinfə qədər olan şagirdlərə xidmət göstərən müstəqil məktəbidir. 

Beynəlxalq kurrikulumun həyata keçirilməsi üçün ingilis dilini əsas tədris dili kimi istifadə edən SABIS® SUN, şagirdlərə dəyişən dünyada uğur qazanmağa kömək etmək üçün hər tərəfli bilik və həyatı bacarıqları aşılayır.

Məktəb Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırılıb və Özəl Məktəblərin Milli Şurası, Beynəlxalq Təhsilin Qiymətləndirilməsi üzrə Kembric Assosiasiyası, Beynəlxalq Akkreditasiya (AI) və Orta Dövlətlər Assosiasiyasının İbtidai və Orta Məktəblər üzrə Komissiyası tərəfindən akkreditasiya olunub.

Məktəb haqqında ətraflı məlumat əldə etmək üçün sabissun.sabis.net saytına və aşağıda göstərilən facebook və instagram səhvələrinə daxil ola bilərsiniz:
https://www.facebook.com/sabissunbaku

https://www.instagram.com/sabissuninternational.school/

Qəbula yazılmaq üçün qeyd olunan nömrələrlə əlaqə saxlamanız kifayətdir: +994 55 213 95 03, +994 55 212 20 28



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü


Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
İqtisadiyyat 13:41
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
“The Digital Banker” ABB-niAzərbaycanın ən yaxşı süni
intellekt əsaslı bankı seçib
İqtisadiyyat 13:37
“The Digital Banker” ABB-niAzərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol