Qazaxıstan BTC vasitəsilə neft ixracını artıra bilər

Qazaxıstan xammalın keyfiyyətində dəyişikliklər nəzərə alınmaqla Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını artıra bilər. Bunu "KazTransOil” SC-nin nəqliyyat üzrə baş direktorunun müavini Erik Saqiyev bildirib.
"Əgər Qazaxıstan nasos sistemində neftin dəyişməsi ilə bağlı uğurlu danışıqlar apara bilsə, onda inanıram ki, Qazaxıstanneftinin həcmi BTC -də artacaq", - Saqiyev çərşənbə günü jurnalistlərə bildirib.
O, aydınlaşdırıb ki, boru kəmərində "darboğaz" adlanan yerin olması səbəbindən ağır neft sayılan Qazaxıstan neftin nəqli çətinləşib.
"Qazaxıstan neftindən fərqli olaraq Azərbaycanın nefti yüngül olduğundan onun BTC ilə nəqli problem yaratmır. Odur ki, keyfiyyət bankı ilə bağlı sual yaranır", - Saqiyev bildirib.
O xatırladıb ki, Qazaxıstan və Azərbaycan arasında 2023-cü ildə BTC ilə 1,5 milyon ton neftin nəqlinə dair razılıq əldə olunub. Hazırda bu kəmərlə "Tengizşevroyl”dan hasil edilən neft ixrac olunur.
Neft ixrac marşrutlarını şaxələndirmək üçün Qazaxıstan BTC ilə nəqlə başlayıb. Daşıma Azərbaycan Dövlət Neft Şirkəti ilə "KazMunayQaz” arasında bağlanmış müqavilə çərçivəsində həyata keçirilir. Bu müqavilə çərçivəsində Tengiz neftinin BTC vasitəsilə ixracı 2022-ci ilin martında başlayıb.
Bundan əlavə, "KazTransOil” martda "Kaşaqan” yatağından Azərbaycan ərazisindən keçən BTC vasitəsilə pilot olraq 7 min ton neftin ixrac edib.
Beləliklə, 2023-cü ilin birinci rübündə Qazaxıstan neftinin Azərbaycan ərazisindən ümumi tranziti təxminən 27 min ton təşkil edib.
Hazırda BTC ilə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neft və "Şahdəniz” yatağından hasil edilən kondensat, həmçinin Azərbaycan Dövlət Neft Şirkətindən hasil edilən neft və kondensat ixrac edilir.
2022-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilən neftin ümumi həcmi 29 milyon 749,6 min ton təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 12,6 faiz çoxdur. O cümlədən BTC ilə 5 milyon 103,9 min ton (artım 41,8 faiz) tranzit nefti nəql edilib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 