Moskva görüşü nə vəd edir? - GÖZLƏNTİLƏR

Mayın 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının üçtərəfli görüşü keçiriləcək.
Moksva görüşü ərəfəsində, bazar ertəsi keçirdiyi mətbuat konfransında Nikol Paşinyan bildirib ki, Yerevan Azərbaycanın Dağlıq Qarabağın və Azərbaycanın Ermənistandakı anklavlarının da daxil olduğu ərazi bütövlüyünü tanımağa hazırdı və əlavə edib ki, "bir-birlərini düzgün anlayırlarsa”, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü 29,8 min kvadrat kilometr çərçivəsində tanımağa hazırdı.
Paşinyanın Dağlıq Qarabağı Azərbaycanın tərkibində tanıya biləcəyi ilə bağlı açıqlamasından sonra separatçı Dağlıq Qarabağ parlamenti bazar ertəsi axşam saatlarında fövqəladə iclas keçirərək, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağın "suverenliyinə” və onun öz müqəddəratını təyinetmə hüququna məhəl qoymayan hər hansı bəyanatı və ya sazişi "etibarsız” hesab edən qətnamə qəbul edib.
Millət vəkili Ceyhun Məmmədovindiki halda bu kimi görüşlərin keçiriləsini vacib hesab edir.
Politoloq Qabil Hüseynli bu görüşün keçirilməsinə nikbin baxmır. O, bu cür görüşlərdə Rusiyanın yalnız öz maraqlarını düşündüyünü bildirir.
"Mən bu görüşün sülh prosesinə müsbət təsir göstərəcəyinə ümid etmirəm. Rusiya belə məsələlərdə moderatorluq edərkən həmişə strateji maraqlarını düşünür və özünü bölgəyə sahib ölkə kimi hiss edir. Rusiya Brüsseldə keçirilən sülh görüşlərini həzm edə bilmir və bu prosesi pozmağa çalışır”, - politoloq vurğulayıb.
Siyasi ekspert Əziz Əlibəylinin sözlərinə görə,
Moskva
görüşündən əvvəl Vaşinqton və Brüssel görüşlərində ciddi nəticələr əldə olunub. Həmin görüşlərdəki
razılaşmalarla tərəflər Moskvaya gedir. Demək olar ki, Rusiya 2020-ci ilin
Rusiyası deyil. Vaşinqtonda və ya Brüsseldə sülh müqaviləsi imzalansaydı bu
problemin içində yer alan Rusiya həm Qarabağdakı ermənilər, həm də sülhməramlılar üzərindən
problem yarada bilərdi. İndi Rusiya təşəbbüsü öz üzərinə götürüb. Hazırda
Rusiya nə Azərbaycana, nə də Ermənistana ciddi reaksiya göstərə bilmir. Bu vəziyyətdə
Rusiyanın bağlanacaq sülh müqaviləsində mərkəz olub-olmaması sual altındadır. Əgər
Moskvada saziş imzalanarsa, Rusiya bu sazişin içərisində həm hərbi, həmdə
diplomatik güc kimi yerini ala bilər. Görünən odur ki, Rusiya bunu da
reallaşdıra bilməyəcək, indiki vəziyyətdə hətta sülh istəməyəcək. Rusiya-
Ukrayna müharibə nəticələrinə görə bəlkə də, 2025-ci ilə qədər bu status-kvonu
uzatmağa çalışacaq”, - siyasi ekspert bildirib.
Sonuncu dəfə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü Soçidə baş tutub. Üçtərəfli görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunub.
Həmçinin ərəflər 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının reallaşdırılması, həmçinin Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi-ticarət və nəqliyyat əlaqələrinin bərpası və inkişafını müzakirə ediblər.
Əliyev, Paşinyan sonuncu dəfə Şarl Mişelin təşkilatçılığı ilə Brüsseldə görüşüb. Görüş sonrası Ermənistan və Azərbaycan bir-bi
rinin ərazi bütövlüyünü tanımasını təsdiq edib.
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 