• $
  • £

Şirkətlər Qarabağdakı layihələr üçün kapital bazarından maliyyə cəlb etməyi planlaşdırır

Şirkətlər Qarabağdakı layihələr üçün kapital bazarından maliyyə cəlb etməyi planlaşdırır
24.05.2023 22:24
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yeni layihələr yerli borc bazarının inkişafına güclü təkan verə bilər”.

Bu barədə  "Qazprombank”ının Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina Azərbaycanda keçirilən görüşlərin yekunlarına əsasən deyib.

"Bu layihələr həm dövlət büdcəsi, həm də özəl investorlar hesabına maliyyələşdirilir. Eyni zamanda, irimiqyaslı maliyyə ehtiyaclarını və banklarda kredit limitlərinin tükəndiyini nəzərə alaraq, şirkətlər kapital bazarlarında layihələrin maliyyələşdirilməsi üçün vəsait cəlb etməyi planlaşdırır. İstiqrazların yerli bazara çıxarılmasının lehinə olan əlavə arqument girovun olmamasıdır”, - o qeyd edib.

Onun sözlərinə görə, potensial emitentlər öz maliyyə hesabatlarının keyfiyyətini yaxşılaşdırmağa çalışırlar.

"İşğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrinin maliyyələşdirilməsinə ehtiyac ildə 3-4 milyard manat həcmində qiymətləndirilir ki, bu da hesablamalarımıza görə, ÜDM-in təxminən 2,2-3 faizini təşkil edir. Bu, həm də "yaşıl maliyyələşdirmə” alətlərinin yerləşdirilməsi üçün potensial yaradır”, - "Qazprombank”ın baş iqtisadçısı söyləyib.

Onun sözlərinə görə, hazırda təkrar bazarda investorlar üçün platformaların hazırlanması istiqamətində iş aparılır:
"Xarici investorlar həmçinin brokerlər vasitəsilə həm ilkin, həm də təkrar bazarlarda Maliyyə Nazirliyinin qiymətli kağızlarına investisiya qoya bilərlər. "Euroclear” və "Clearstream” ilə əməkdaşlıq gündəmdə qalmağa davam edir, lakin yerli borc bazarının həcminin daha da artırılmasını tələb edir.

Maliyyə Nazirliyi həmçinin Dünya Bankı ilə birgə Azərbaycanın ən iri banklarının iştirakı ilə dövlət qiymətli kağızlarının təkrar bazarının inkişafı mexanizmlərini təmin edəcək dövlət borcunun risklərinin idarə edilməsi proqramı üzərində işləyir. Düşünürük ki, belə bir mexanizmin tətbiqi yerli borc bazarının həcminin əhəmiyyətli dərəcədə artmasına töhfə verəcək”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol