• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Macarıstan Aİ-ni Azərbaycandan qaz tədarükünü artırmaq üçün vəsait ayırmağa çağırır

Macarıstan Aİ-ni Azərbaycandan qaz tədarükünü artırmaq üçün vəsait ayırmağa çağırır
24.05.2023 22:34

Avropa İttifaqı qitənin cənub-şərqində boru kəmərləri sisteminin modernləşdirilməsinə maliyyə yardımı göstərməsə, Azərbaycan qazı böyük həcmdə Avropaya daxil ola bilməyəcək.

Bu barədə Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto Moldovalı həmkarı Nikolay Popesku ilə danışıqlardan sonra Kişinyovda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Avropa İttifaqı, xüsusən də Macarıstana və Mərkəzi və Şərqi Avropanın digər ölkələrinə tədarük olunacaq qaz ticarətini genişləndirmək barədə razılığa gəliblər. Lakin bunun üçün "çox vacib şərt" var – regionda böyük həcmdə yanacağın qəbul edilməsi üçün gücü hələlik kifayət etməyən müvafiq infrastrukturun hazırlanması.

"Biz Brüsseldən tələb edirik ki, Aİ büdcəsindən Cənub-Şərqi Avropanın qaz tədarükü üçün infrastrukturun inkişafına vəsait ayırsın", - deyə o bildirib. O qeyd edib ki, "Brüssel indiyədək passiv olub” və onsuz belə irimiqyaslı işləri maliyyələşdirmək mümkün olmayacaq.

Nazir xatırladıb ki, bundan əvvəl Budapeşt və Bakı arasında uzunmüddətli müqavilə əsasında ildə 1-2 milyard kubmetr qazın tədarükü ilə bağlı razılıq əldə olunub. Hələ fevral ayında Macarıstan hökuməti bu ilin sonuna qədər Azərbaycandan ilk 100 milyon kubmetri almağı gözlədiyini açıqlamışdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABB daşınmaz əmlak bazarı ilə bağlı3-cü hesabatını yaydı
İqtisadiyyat 10:37
ABB daşınmaz əmlak bazarı ilə bağlı3-cü hesabatını yaydı
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:35
Bu günə olan məzənnə açıqlanıb
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
İqtisadiyyat 11:22
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
İqtisadiyyat 10:08
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol