• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Ölən şəxsin kredit borcunu kim ödəyəcək? YENİ QƏRAR

Ölən şəxsin kredit borcunu kim ödəyəcək? YENİ QƏRAR
25.05.2023 21:47
Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında yeni qərar qəbul edib. Qərara əsasən borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində, miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyacaqlar.
 
Bu qərar sosial şəbəkələrdə insanlar tərəfindən narazılıqla qarşılanıb. 
 
Millət vəkili Bəhruz Məmmədov qəbul olunmuş yeni qərarı Konstitusiya Məhkəməsinin ən uğurlu hüquqi aktlarından biri hesab edir.
 
Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa miras aktivi və miras passivi daxildir. Aktiv miras ölmüş şəxsin əmlakıdır, passiv miras isə ölmüş şəxsin öhdəlikləridir. Mirasqoyanın əmlakını götürüb onun borclarına sahib durmamaq nə əxlaqi-mənəvi, nə də hüquqi cəhətdən doğru deyil. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən isə, vərəsələr qəbul etdikləri miras əmlakdakı paylara mütənasib surətdə ölmüş mirasqoyanın əvəzində birgə borclu kimi məsuliyyət daşıyırlar. Yəni 1000 manat borcu olan ata vəfat edirsə, onun iki varisi varsa və həmin varislər atanın bütün əmlakına sahib çıxmaq üçün vərəsəliyi qəbul edirlərsə, eyni zamanda onun borcuna da sahib çıxmalıdırlar və atadan qalan miras əmlakdakı payları nisbətində borcluya çevrilirlər. Yəni borclunun ölümü ilə onun öhdəliklərinə xitam vermir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. ƏIbəttə, hansısa vərəsə mirasqoyana görə məsuliyyət daşımaq istəmirsə bütövlükdə mirasdan imtina edə bilər. Amma vərəsələr mirası qəbul edirsə, lakin icra vaxtı çatmış əsas öhdəliyi icra etmədikdə  və ya lazımınca icra etmədikləri borc sahibinin haqqı var ki, ipoteka qoyana qarşı tələb irəli sürsün. Çünki Mülki Məcəllənin 269-cu maddəsinə görə, ipoteka borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Yəni əsas öhdəlik, yaxud onun bir hissəsi 90 təqvim günü və daha çox müddətə gecikdirsə, yaxud Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəldə bilər. Bəzi hallarda cəmiyyətdə ipoteka sözü yalnız mənzillə assosiasiya olunur. Əslində isə ipoteka dedikdə söhbət borc götürülən pula görə daşınmaz əmlakın, yaxud mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanın girov qoyulmasıdır. İpoteka müqaviləsi bağlanarkən də borclu da borcalan da razılaşır ki, borcu qaytara bilməzsə tələb ipoteka obyektinə yönələcək. Hüquqi prinsiplər, o cümlədən Konstitusiyasının aliliyi baxımından birmənalı şəkildə demək olar ki, bu qərar Konstitusiya Məhkəməsinin ən uğurlu hüquqi aktlarından biridir. Amma təəssüf ki, ayrı-ayrı şəxslər, psevdomütəxəssislər, maraqlı siyasi qruplar və bəzən media qurumları qərarın mahiyyətini ictimaiyyətə təhrif edilmiş formada kommunikasiya edərək çaşqınlıq yaradırlar. Əslində isə Konstitusiya Məhkəməsi çox sadə hüquqi prinsiplərə və mövcud qanunvericilik normalarına əsaslanaraq bu hüquqi qənaəti formalaşdırıb”, - deputat bildirib.
 
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.

Qərarda da Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
 
Eltac Nurullazadə

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
Cəmiyyət 11:16
Son bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
Diaqnostikada yalnız 2,9% tərbiyəçi müəllim əlli balı keçə bilib
Cəmiyyət 10:56
Diaqnostikada yalnız 2,9% tərbiyəçi müəllim əlli balı keçə bilib
Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv edilir
Cəmiyyət 10:48
Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv edilir
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” MMC-yə çevrilib
Cəmiyyət 10:02
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” MMC-yə çevrilib
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 23:30
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Cəmiyyət 20:52
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 17:24
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Cəmiyyət 15:10
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Cəmiyyət 14:15
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol