• $ 1.7
  • € 1.9587
  • ₽ 0.021501
  • ₺ 0.0401
  • £ 2.2273

Konstitusiya Məhkəməsi ipoteka krediti ilə bağlı qərarını şərh edib

Konstitusiya Məhkəməsi ipoteka krediti ilə bağlı qərarını şərh edib
26.05.2023 18:23
Son günlərdə bəzi media subyektləri və sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarında əks olunan hüquqi mövqelər cəmiyyətdə fərqli fikirlərin formalaşmasına səbəb olub.

Bu barədə Konstitusiya Məhkəməsinin yaydığı məlumatda qeyd olunub.

Qurumdan bununla bağlı bildirilib ki, Bakı Apellyasiya Məhkəməsinin Konstitusiya Məhkəməsinə ünvanlanmış müraciətində qaldırılan məsələ əsas borcluya, borclu öldüyü təqdirdə isə onun vərəsələrinə qarşı tələb irəli sürülmədən, ipoteka qoyana qarşı (əsas borclu və ipoteka qoyan fərqli şəxslər olduğu halda) ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qaldırılan iddiaların təmin edilib-edilməməsi ilə bağlı olub:
"Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi Qərarda göstərmişdir ki, "İpoteka haqqında” Qanunun 48-ci maddəsində borclunun ölümü ipoteka müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclunun ölümü ipoteka müqaviləsinə münasibətdə hər hansı hüquqi nəticəyə səbəb olmur. Yəni borclu öldüyü halda da ipoteka müqaviləsi üzrə öhdəlik davam edir.

Qərarda o da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr miras qoyanın vəzifələrini (öhdəliklərini) də qəbul etmiş olurlar.

Sonda Konstitusiya Məhkəməsinin Plenumu qanunvericiliyin müvafiq normalarını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, əsas öhdəlik üzrə borclu (məsələn, kredit müqaviləsi üzrə borclu), o cümlədən sonuncunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər. Yəni öhdəlik pozulduğu halda əsas borcluya və ya vərəsələrə qarşı iddia qaldırmadan, qanunvericiliklə müəyyən olunmuş qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi barədə tələb mümkün hesab edilib.

Nəzərə alınmalıdır ki, ipoteka hüququ kifayət qədər geniş anlayış olmaqla, qanunvericiliklə nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Müraciətdə şərh edilməsi xahiş olunan məsələ məhz İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə və ya digər şəkildə alınmış ipoteka krediti ilə əlaqəli olmamaqla, ümumiyyətlə hüquqi kateqoriya kimi öhdəliklərin icrasının təmini üsulu olaraq ipoteka (girov) institutu ilə bağlıdır".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“e-sosial” internet portalından 13,8 milyon dəfə istifadə olunub
Cəmiyyət 17:45
“e-sosial” internet portalından 13,8 milyon dəfə istifadə olunub
Azərsun Holdinq” “PeterFood” sərgisində iştirak edir
Cəmiyyət 17:36
Azərsun Holdinq” “PeterFood” sərgisində iştirak edir
Sabahdan bu yollar piyadalar üçün bağlı olacaq
Cəmiyyət 17:04
Sabahdan bu yollar piyadalar üçün bağlı olacaq
Azərbaycana turist axını azalıb
Cəmiyyət 16:43
Azərbaycana turist axını azalıb
DİM Pirallahı icra başçısının iddiasını təkzib edib
Cəmiyyət 16:00
DİM Pirallahı icra başçısının iddiasını təkzib edib
Ədliyyə Nazirliyi Penitensiar xidmətdə ciddi pozuntulara görə iki əməkdaşı işdən azad edib
Cəmiyyət 15:46
Ədliyyə Nazirliyi Penitensiar xidmətdə ciddi pozuntulara görə iki əməkdaşı işdən azad edib
Sumqayıtda 72 yaşlı qadın ona vurulan iynədən sonra ölüb/Yenilənib
Cəmiyyət 15:04
Sumqayıtda 72 yaşlı qadın ona vurulan iynədən sonra ölüb/Yenilənib
ATV kanalı qanunu pozduğu üçün xəbərdarlıq alıb
Cəmiyyət 14:51
ATV kanalı qanunu pozduğu üçün xəbərdarlıq alıb
Azərbaycan kirayə gəlirləri üzrə vergi dərəcəsini 14%-dən 10%-ə endirməyi planlaşdırır
Cəmiyyət 14:23
Azərbaycan kirayə gəlirləri üzrə vergi dərəcəsini 14%-dən 10%-ə endirməyi planlaşdırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol