Sentyabra qədər Zabux zabuxluların sərəncamına veriləcək - Əliyev

Bu ilin sentyabrına qədər Zabux kəndi tamamilə inşa edilib zabuxluların sərəncamına veriləcək. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bildirib.
Zabux və Sus kəndlərinin Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edildiyini xatırladan dövlət başçısı deyib ki, orada fəal iş aparılır.
"Beləliklə, həm Laçın rayonunda, həm bütün başqa rayonlarda biz ildən-ilə daha da böyük işlər görməklə öz vətəndaşlarımızı normal şəraitlə təmin edəcəyik”, - Prezident İlham Əliyev vurğulayıb.
www.anews.az
Son xəbərlər
Daha çox 