• $ 1.7
  • € 1.7786
  • ₽ 1.958
  • ₺ 0.0466
  • £ 2.1511

Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub
29.05.2023 21:52
Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyi tərəfindən 28 May - Müstəqillik Günü münasibətilə Qahirənin tanınmış beşulduzlu mehmanxanalarından biri olan "Sofitel Gazerah” otelində rəsmi qəbul təşkil olunub.

Azərbaycanın Misir Ərəb Respublikasındakı Səfirliyindən  verilən məlumata görə, tədbirdə Misirin nüfuzlu ictimai-siyasi xadimləri, dini konfederasiyaların nümayəndələri, Qalubiyyə vilayətinin qubernatoru, Cənubi Sinay yarımadası qubernatorluğunun təmsilçiləri, bu ölkənin parlamentinin yuxarı və aşağı palatalarının üzvləri, nazirliklərin təmsilçiləri, iş adamları, jurnalistlər, müxtəlif universitetlərin rəhbər və müəllim heyəti, diaspora üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi haqqında məlumat verərək, 1918-ci il mayın 28-də müsəlman Şərqində elan edilmiş ilk demokratik respublikanın milli dövlətçilik tarixində silinməz izlər qoyduğunu, xalqımızın gələcəyi üçün etibarlı zəmin hazırladığını vurğulayıb. O, 2023-cü ildə müstəqilliyimizin 105-ci ildönümünü ilə yanaşı, Azərbaycan-Misir münasiblərinin inkişafında xüsusi rol oynamış və 1994-cü ildə Misirə rəsmi səfər etmiş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının yüz illiyini də qeyd etdiyimizi söyləyib, bununla əlaqədar səfirliyimiz tərəfindən bir sıra akademik, idman və mədəni tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib, qonaqları tədbirlərdə iştiraka dəvət edib.

Misirlə Azərbaycan arasında dostluq münasibətlərinə toxunan E.Poluxov bu münasibətlərin uzun tarixə malik olduğunu qeyd edib, 2023-cü il ərzində qarşılıqlı yüksək səfərlərin həyata keçirildiyini xatırladaraq, əsasən də yanvar ayında Misir Prezidenti Əbülfəttah Əl Sisinin Azərbaycana səfərindən və bu səfərlərin ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsi üçün yeni imkanlar yaratmasından söhbət açıb.

Qəbulda qonaqlara digər mətbəxlərlə yanaşı Azərbaycan şirniyyatları da təqdim edilib, tədbir milli musiqimizlə müşayiət olunub.
Tədbir bir çox yerli mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov pakistanlı həmkarı ilə telefonla danışıb
Siyasət 19:00
Ceyhun Bayramov pakistanlı həmkarı ilə telefonla danışıb
XİN-dən fransalı nazirə cavab
Siyasət 18:27
XİN-dən fransalı nazirə cavab
XİN Rəsmi İrəvana cavab verib
Siyasət 16:35
XİN Rəsmi İrəvana cavab verib
Qanunların dili aydın olmalıdır - Deputat
Siyasət 12:31
Qanunların dili aydın olmalıdır - Deputat
Ümid edirik meyitdən donor köçürülməsi davamlı olacaq - Rəşad Mahmudov
Siyasət 11:34
Ümid edirik meyitdən donor köçürülməsi davamlı olacaq - Rəşad Mahmudov
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:05
Milli Məclisin növbəti iclası başlayıb
Rəsmi Bakıdan İrəvanın Sumqayıt hadisələri ilə bağlı iddialarına cavab
Siyasət 21:07
Rəsmi Bakıdan İrəvanın Sumqayıt hadisələri ilə bağlı iddialarına cavab
Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də olub
Siyasət 20:25
Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də olub
“Bloomberg”in Azərbaycanda akkreditasiyası ləğv edilib
Siyasət 19:21
“Bloomberg”in Azərbaycanda akkreditasiyası ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol