• $ 1.7
  • € 1.7786
  • ₽ 1.958
  • ₺ 0.0466
  • £ 2.1511

Türk İnvestisiya Fondunun yaradılması Azərbaycana nə vəd edir?

Türk İnvestisiya Fondunun yaradılması Azərbaycana nə vəd edir?
30.05.2023 22:16
Milli Məclis "Türk İnvestisiya Fondunun yaradılması haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsini qəbul edib. Bəs görəsən, 
Türk İnvestisiya Fondunun yaradılması Azərbaycana nə vəd edir?

Bu mövzu ilə bağlı açıqlamasında ekspert Natiq Cəfərli Türk İnvestisiya Fondunun işlək hala gəlməsinin Azərbaycan üçün gələcəkdə  yeni investisiya layihələrində maliyyə mənbəyinə çevrilə biləcəyini söyləyib.

"Bu əvvəlcədən qəbul olunmuş bir qərar idi. Artıq Türk Birliyinin Özbəkistanda baş tutan görüşündə bununla bağlı qərar verildi. Türkiyə ilə Azərbaycanda bu qərarın öncüllüklərini təşkil edir. Hələlik bu investisiya fondunun tərkibi məlum deyil, amma ilkin hesablamalara və məlumatlara görə ilkin 1 milyard dollarla başlayacaq, sonra artması da gözlənilir. Azərbaycanda bunun həm əsas donurlarından, həm də investisiya layihələri təqdim edən  ölkələrdən biri olacaq. Türk investisiya fondunun yaradılması və işlək hala gəlməsi Azərbaycan üçün gələcəkdə  yeni investisiya layihələrində maliyyə mənbəyinə çevrilə bilər. Bu uğurlu bir qərardır və məncə Nazirlər Kabineti bunu ratifikasiya edəcək", - ekspert deyib.


Deputat Aydın Hüseynov isə Türk İnvestisiya Fondunun yaradılmasının ən böyük əhəmiyyətinin dövlətlərin mədəni və siyasi əlaqələrini daha da genişləndirərək  iqtisadi sferada özünün öz bəhrəsini verəcəyini vurğulayıb. 


"Məlumdur ki, Türk Dövlətləri Birliyinin fəaliyyəti getdikcə genişlənir. Həm Türkiyədəki, həm də Özbəkistandakı görüşlər artıq  birlik olaraq türk dövlətləri arasındakı dil birliyi, bir soykökünə malik olmaları, tarixi və mədəni əlaqələrin daha da genişlənməsinin vacibliyini ortaya qoyur. Hər hansı bir layihənin gerçəkləşməsi üçün maliyyə dəstəyi lazımdır. Bu baxımdan Türk İnvestisiya Fondunun yaradılması  çox perspektivlidir. Artıq hər hansı layihənin həyata keçirilməsi üçün  ortada vəsait olacaq və hər bir vəsaitin qoyuluşuna ilkin olaraq hər ölkə üçün 60 min dollar nəzərdə tutulub. Bu məbləğ hissə-hissə ödəniləcək. 8 milyon, 12 milyon və yerdə qalan vəsaitin olması baxımından 3 il müddətində bunlar formalaşacaq. Qanun vericiliklə bunlar müzakirə olunur, idarəetmə şurası yaradılır və bu işlək mexanizmə çevrilən fond olacaq. Ən böyük əhəmiyyəti isə ondan ibarətdir ki, dövlətlərin mədəni və siyasi əlaqələrini daha da genişləndirərək  iqtisadi sferada özünün öz bəhrəsini verəcəkdir", - Aydın Hüseynov deyib.

Qanun layihəsinə əsasən, Fondun yaradılmasında məqsəd regiondaxili ticarəti genişləndirmək, iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT-nin üzv dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir.

"Türk İnvestisiya Fondunun yaradılması haqqında” Saziş 2023-cü il martın 16-da Ankara şəhərində imzalanıb.
 
İstiqamət: 6.3.9. azərbaycançılıq ideyasının təbliği – "Heydər Əliyev İli”;
Qeyd: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 


Xalidə Elşənqızı


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
İqtisadiyyat 17:39
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
İqtisadiyyat 16:08
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
İqtisadiyyat 12:45
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
İqtisadiyyat 16:33
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
İqtisadiyyat 14:35
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol