• $ 1.7
  • € 1.7786
  • ₽ 1.958
  • ₺ 0.0466
  • £ 2.1511

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
30.05.2023 18:40
Mayın 30-u saat 11:55-dən saat 16:25-dək Azərbaycan Ordusunun  Ağdam və Şuşa rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə fasilələrlə atəşə tutulub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordunun Ağdam rayonunun Çuxurməhlə, Füzuli rayonunun Yuxarı Veysəlli, Laçın rayonunun Xırmanlar və Kəlbəcər rayonunun Mərcimək yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Azərbaycan bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov pakistanlı həmkarı ilə telefonla danışıb
Siyasət 19:00
Ceyhun Bayramov pakistanlı həmkarı ilə telefonla danışıb
XİN-dən fransalı nazirə cavab
Siyasət 18:27
XİN-dən fransalı nazirə cavab
XİN Rəsmi İrəvana cavab verib
Siyasət 16:35
XİN Rəsmi İrəvana cavab verib
Qanunların dili aydın olmalıdır - Deputat
Siyasət 12:31
Qanunların dili aydın olmalıdır - Deputat
Ümid edirik meyitdən donor köçürülməsi davamlı olacaq - Rəşad Mahmudov
Siyasət 11:34
Ümid edirik meyitdən donor köçürülməsi davamlı olacaq - Rəşad Mahmudov
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:05
Milli Məclisin növbəti iclası başlayıb
Rəsmi Bakıdan İrəvanın Sumqayıt hadisələri ilə bağlı iddialarına cavab
Siyasət 21:07
Rəsmi Bakıdan İrəvanın Sumqayıt hadisələri ilə bağlı iddialarına cavab
Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də olub
Siyasət 20:25
Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də olub
“Bloomberg”in Azərbaycanda akkreditasiyası ləğv edilib
Siyasət 19:21
“Bloomberg”in Azərbaycanda akkreditasiyası ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol