• $
  • £

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb
31.05.2023 23:46
Gənclər və idman naziri Fərid Qayıbov may ayı ərzində beynəlxalq turnirlərdə Azərbaycanı uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, ənənəvi yığıncaq bu dəfə Milli Gimnastika Arenasında təşkil edilib. Əvvəlcə tədbir iştirakçıları Dövlət Himnini birlikdə ifa ediblər.

Sonra ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub. Fərid Qayıbov ölkəni beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb. Ardınca onlar idman tarixi mövzusunda nazirin suallarını cavablandırıblar.

Tədbirdə ağır atletika, bodibildinq, boks, bədii gimnastika, cüdo, kamandan oxatma, karate, idman gimnastikası, kikboksinq, qrapplinq, para-pauerliftinq, para-atıcılıq, para-üzgüçülük, para-atletika, pankration, taekvondo, savat, sərbəst güləş, yunan-Roma güləşi, stolüstü tennis yarışlarında medal qazanmış idmançılar çıxışlarında qələbələri haqqında ətraflı məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançıların hazırlıq prosesi və uğurları barədə danışıblar.

Görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"FIFA Series – 2026": Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək
İdman 09:33
"FIFA Series – 2026": Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol