Azərbaycan-NATO əlaqələrinin perspektivləri müzakirə olunub - FOTO
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və Planlaşdırma və Analiz Prosesi (ITPP/PARP) proqramları çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə NATO-nun bu proqram üzrə ekspertləri arasında ikitərəfli işçi görüşü keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov görüşdə qonaqları salamlayaraq Azərbaycan və NATO arasında əlaqələrin inkişaf etdiyini, eləcə də Azərbaycan Ordusunun nümayəndələrinin NATO-nun müxtəlif proqramları çərçivəsində fəal iştirakını qeyd edib.
Görüşdə təcrübə mübadiləsi baxımından bu cür tədbirlərin və qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər