Rusiya-Ukrayna müharibəsində Rusiyanın müttəfiqi deyilik - Paşinyan
Ermənistan Rusiya-Ukrayna müharibəsində Rusiyanın müttəfiqi deyil. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 4-də Çexiyaya səfəri zamanı CNN Prima News telekanalına müsahibəsində deyib.
"Ukrayna ilə müharibədə biz Rusiyanın müttəfiqi deyilik. Bizim bu müharibədən, bu münaqişədən duyduğumuz hiss narahatlıqdır, çünki bu, bütün münasibətlərimizə birbaşa təsir edir".
Ermənistan hökumətinin başçısı qeyd edib ki, Qərb ölkələri İrəvanı Moskvanın müttəfiqi hesab edir, Moskvanın özü isə yox. Bu şəraitdə Ermənistan " heç kəsin müttəfiqi deyil.. və buna görə də həssasdır”.
Rusiya prezidentinin sözçüsü bildirib ki, Paşinyanın bu sözləri Moskvada çox ciddi qəbul olunur.
"Ermənistan getdikcə Rusiya ilə dostluq münasibətləri dəyişir. Moskva Paşinyanın Ukrayna böhranı ilə bağlı Ermənistanın Rusiyanın müttəfiqi olmadığı barədə dediklərini çox ciddi qəbul edir. Paşinyan Ermənistanı Rusiya ilə dostluqdan Rusiyanın düşməni olmağa doğru aparır", - Peskov söyləyib.
"Ermənistan getdikcə Rusiya ilə dostluq münasibətləri dəyişir. Moskva Paşinyanın Ukrayna böhranı ilə bağlı Ermənistanın Rusiyanın müttəfiqi olmadığı barədə dediklərini çox ciddi qəbul edir. Paşinyan Ermənistanı Rusiya ilə dostluqdan Rusiyanın düşməni olmağa doğru aparır", - Peskov söyləyib.
Siyasi məsələlər üzrə ekspert İlyas Hüseynov bildirir ki, Rusiyanın ətəyindən yapışan Paşinyan geosiyasi vektorunu dəyişməyə meyillənib.
"Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Ukrayna müharibəsində tutduğu mövqe hər zaman birmənalı deyil. Vətən Müharibəsindən öncə Rusiyanın ətəyindən yapışan Ermənistanın siyasi rəhbərliyi artıq geosiyasi vektorunu dəyişməyə meyillidir. Eyni zamanda rusiyaya tətbiq olunan saksiyalardan yayınaraq gəlir əldə edir. Əldə olunan iqtisadi rəqəmlər Ermənistanın xeyrinə məhz Rusiya -Ukrayna müharibəsindən əldə olunan qazancla ifadə olunanda Rusiyaya qarşı fikirlər və ritorika dəyişir. Məhz Ermənistana qarşı sanksiyaların tətbiq olunması məsələsi müzakirə olunanda Paşinyan Rusiyanın müttəfiqi deyilik açıqlaması verir və bununla Qərb partnyorlarına mesajlar verir. Mesajlar da bundan ibarətdir ki, Nikol Paşinyanı və dövlətini qorumaq lazımdır. 2018-ci ildən bu yana Rusiyaya qarşı Ermənistanda artan xətt üzrə bir demarş siyasəti icra olunur və zaman zaman bu siaysət özünü açıq şəkildə göstərir", - ekspert söyləyiib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər