• $ 1.7
  • € 1.8582
  • ₽ 2.0804
  • ₺ 0.0463
  • £ 2.208

Su, qaz, işıq şəbəkələrinə qanunsuz qoşulanlar həbs olunacaq

Su, qaz, işıq şəbəkələrinə qanunsuz qoşulanlar həbs olunacaq
03.06.2023 15:40
Bəzi vətəndaşlar kommunal xidmətlərdən qanunsuz formada yararlanmağa çalışırlar.

Müvafiq qurumlar tərəfindən aparılan monitorinqlər nəticəsində qaz, su və elektrik sistemlərinə bu cür qeyri-qanuni qoşulma halları aşkarlanıb.

"Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyir ki, işin effektivliyini artırmaq məqsədilə yaradılan işçi qrupu həm regionlarda, həm də Bakı və Abşeronda 24 saat ərzində fəaliyyətini davam etdirir.

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə deyir ki, su şəbəkəsinə qanunsuz qoşulma hallarına əsasən Bakı ətrafı ərazilərdə – Sabunçuda, Suraxanı Bağlar massivi və Binəqədi rayonlarında rast gəlinir. Xüsusilə, rieltorlar tərəfindən tikilmiş evlərdə belə faktlar daha çox aşkarlanır.

Millət vəkili Nurlan Həsənov da bildirib ki, məsələ ilə bağlı qanun layihəsində artıq bir sıra dəyişikliklər edilib. Belə ki, kommunikasiya xətlərinə qanunsuz qoşulma hallarına qarşı cərimələr müəyyənləşib. Qaydaları pozanları hətta həbs cəzası da gözləyir.

Millət vəkili onu da qeyd edib ki, cərimə və ya həbs cəzasının tətbiqi dəymiş ziyanın həcminə və ağırlığına əsasən olaraq müəyyən olunacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu gün ikinci Qədr gecəsidir
Cəmiyyət 17:00
Bu gün ikinci Qədr gecəsidir
Bayramda daşınan sərnişinlərin sayı artıb - Rəsmi
Cəmiyyət 15:53
Bayramda daşınan sərnişinlərin sayı artıb - Rəsmi
Ordubadda maşın aşıb, bir ailədən 4 nəfər yaralanıb
Cəmiyyət 15:09
Ordubadda maşın aşıb, bir ailədən 4 nəfər yaralanıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 14:49
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Bakı-Qazax yolunda böyük tıxac yaranıb - Video
Cəmiyyət 14:30
Bakı-Qazax yolunda böyük tıxac yaranıb - Video
Bakının üç rayonunda silah-sursat aşkarlanıb
Cəmiyyət 13:56
Bakının üç rayonunda silah-sursat aşkarlanıb
Azərbaycana yaz fəsli daxil olub
Cəmiyyət 13:04
Azərbaycana yaz fəsli daxil olub
Sabah yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 12:58
Sabah yağış yağacaq, şimşək çaxacaq
Narkotikin təsiri altında avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olunub - Video
Cəmiyyət 12:00
Narkotikin təsiri altında avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olunub - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol