• $ 1.7
  • € 1.9777
  • ₽ 0.021556
  • ₺ 0.0405
  • £ 2.2526

Rəsmi Bakıdan Qriqoryana - Cavab

Rəsmi Bakıdan Qriqoryana - Cavab
05.06.2023 09:36
4 iyun 2023-cü il tarixində Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İctimai Televiziyaya müsahibəsi zamanı növbəti dəfə bir sıra istiqamətlərdə məsələlərin mahiyyətini təhrif etməsi, Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınmaqla həm beynəlxalq ictimaiyyət arasında, həm də Ermənistan cəmiyyətində çaşqınlıq yaratmaq cəhdləri qəbuledilməzdi.

Bu barədə Azərbaycan XİN-in bəyanatında deyilir.

"İlk öncə, delimitasiya prosesinin hansı əsasda aparılması ilə bağlı iddia ilə əlaqədar qeyd edək ki, həm Praqa, həm də Soçi görüşü üzrə bəyanatlara əsasən delimitasiyanın ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata keçirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, bu bəyanatlarda BMT nizamnaməsinə və Alma-Ata bəyannaməsinə istinad qeyd edilən prinsiplər kontekstində verilib. Bu və digər bir görüşdə delimitasiyanın hansısa xəritə əsasında həyata keçirilməsi barədə hər hansı bir razılıq olmadığı Ermənistan tərəfinə yaxşı məlumdur.

Beynəlxalq təcrübəyə əsasən, Ermənistandan fərqli olaraq Azərbaycanın indiyə qədər bəzi qonşuları ilə həyata keçirdiyi delimitasiya prosesi xüsusi olaraq seçilmiş xəritə əsasında deyil, bütün hüquqi əhəmiyyəti olan sənədlərin təhlili və nəzərdən keçirilməsi əsasında həyata keçirilib. Bu təcrübənin Ermənistanla da tətbiq edilməsi mümkündür. Bu xüsusda, Ermənistan tərəfinin 1975-ci il xəritəsinə xüsusi istinad edilməsini təkid etməsi əvəzinə, delimitasiya işinə başlaması daha faydalı olardı. 2020-ci il Vətən müharibəsindən sonra ölkəmizin Ermənistanla sərhədlərin delimitasiya olunması təklifinə uzun müddət heç bir cavab verməyən tərəfin də məhz Ermənistan olduğu unudulmamalıdır.

30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərini işğal altında saxlayan, Azərbaycanın 8 kəndini hələ də işğal edən, əldə edilmiş yazılı və şifahi razılıqlara baxmayaraq qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayan, 8 kəndin Azərbaycana qaytarılmasını müxtəlif bəhanələrlə ləngidən, eləcə də hərbi təxribatlarını davam etdirən Ermənistanın Azərbaycanı Ermənistana qarşı təcavüzdə təqsirləndirməsi tamamilə əsassızdır.


Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq erməni silahlı qüvvələrinin ötən ilin sentyabr ayında Azərbaycan ərazisindən çıxarılacağını bəyan edən Armen Qriqoryanın, bu bəyanatla Azərbaycana qarşı təcavüz aktlarını necə davam etdirdiklərini təsdiq etməsini də hər kəs yaxşı xatırlayır. Bu çərçivədə, Ermənistanın sülh prosesinə sadiq olduğunu populistcəsinə bəyan etməsi heç bir məntiqə sığmır. 

Armen Qriqoryanın müsahibə zamanı guya Azərbaycanın saxlanılan ermənilərdən 10 nəfəri azad etməyə söz verdiyini bildirməsi, əslində Ermənistan tərəfinin beynəlxalq humanitar hüquqa və humanizm prinsiplərinə məhəl qoymaması, ölkəmizin erməni əsirlərinin, xüsusilə də yolu azaraq sərhədi keçmiş 10-dan artıq erməni hərbçinin qeyd-şərtsiz dərhal geri qaytarılması üzrə etimad quruculuğu tədbirlərinə Ermənistanın qarşılıq verməməsi kimi əməllərini ört-basdır etmək niyyətini göstərir.

Ermənistan tərəfinin Üçtərəfli bəyanatın 9-cu bəndinə zidd olaraq, hələ də  Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini bərpa etməməsi, müxtəlif bəhanələrlə prosesi uzatması, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasını təmin etmək əvəzinə siyasi polemikaya yol açması Ermənistanın prosesə maneçiliyinin bariz nümunəsidir.

Laçın sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinlərin müvafiq prosedurlara əməl etməklə hər iki istiqamətdə sərbəst şəkildə keçməsini həzm edə bilməyən Ermənistan rəsmisinin Laçın yolunun bağlanmasını iddia etməsi gülüncdür. Bununla yanaşı, erməni sakinlərin reinteqrasiyası məsələsinə müdaxiləyə dərhal son qoyulması, Ermənistanın sözdə deyil əməldə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edildiyinin göstəricisi olardı.
Bölgədə sülh prosesinin irəlilədilməsi əvəzinə, Ermənistanın rəsmi şəxsinin ölkəsinin yeni silahlanma dövrünə qədəm qoyduğunu bəyan etməsi, bu ölkənin hələ də tarixdən dərs çıxartmadığını nümayiş etdirir.  

Əldə edilmiş razılıqları yanlış şərh edərək, öz öhdəliklərindən boyun qaçırmaq istəyən Ermənistan tərəfinə xatırladırıq ki, bu destruktiv fəaliyyət bölgədə sülhün bərpasına xidmət etməməklə yanaşı, ilk növbədə Ermənistanın əleyhinədir”, - bəyanatda qeyd olunur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Belarus XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 21:50
Azərbaycan və Belarus XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Ceyhun Bayramov YUNESKO Baş Konfransının 43-cü sessiyasının açılış mərasimində iştirak edir
Siyasət 21:27
Ceyhun Bayramov YUNESKO Baş Konfransının 43-cü sessiyasının açılış mərasimində iştirak edir
TİKA sədri Hikmət Hacıyevlə görüşüb
Siyasət 20:39
TİKA sədri Hikmət Hacıyevlə görüşüb
Milli Məclis və BƏƏ Federal Milli Şurasının sədrlərinin görüşü olub
Siyasət 18:30
Milli Məclis və BƏƏ Federal Milli Şurasının sədrlərinin görüşü olub
Balakənin icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Siyasət 15:13
Balakənin icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Səmərqənddə görüşüb
Siyasət 10:37
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Səmərqənddə görüşüb
Sahibə Qafarova Kamboca Milli Assambleyası sədrinin müavini ilə görüşüb
Siyasət 22:39
Sahibə Qafarova Kamboca Milli Assambleyası sədrinin müavini ilə görüşüb
Prezident Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib
Siyasət 20:15
Prezident Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib
Ceyhun Bayramov Səmərqəndə gedib
Siyasət 19:15
Ceyhun Bayramov Səmərqəndə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol