• $
  • £

Vaşinqtonda Bayramov və Mirzoyanın görüşü olacaq- GÖZLƏNTİLƏR - DÜZƏLİŞ

Vaşinqtonda Bayramov və Mirzoyanın görüşü olacaq- GÖZLƏNTİLƏR - DÜZƏLİŞ
05.06.2023 16:25
DÜZƏLİŞ: - Bu yazının altıncı abzasına düzəliş edilib.  "Tərəflər Laçın dəhlizində Azərbaycanın "blokadası" ilə bağlı humanitar məsələlərə toxunublar" cümləsində "blokada" sözünə dırnaq işarəsi əlavə olunub. Diqqətinizə görə təşəkkür edirik!
 
Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində münasibətlərin qurulması və sülh müqaviləsi üzrə danışıqları davam etdirəcəklər.  Bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib.

O bildirib ki, müzakirələrin növbəti raundunun ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilməsi planlaşdırılır.

"İyunun 12-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə müzakirələr başlayacaq. Əlavə təfərrüatları təqdim edəcəyik”,  -  Ani Babalyan bildirib.
 
Politoloq Tural İsmayılovun sözlərinə görə, artıq Vaşinqton görüşü mütəmadi xarakter alıb.
 
"Bu görüş Azərbaycan və Ermənistan münasibətlərinin növbəti bir mərhələyə daşımaq üçün müstəsna əhəmiyyətə malikdir. İki ölkə münasibətlərinin daha da inkişaf etdirmək üçün müxtəlif platformalarda keçirilən görüşlərin müstəsna əhəmiyyəti var. Bu baxımdan Vaşinqton görüşləri vacib sayılır. Daha əvvəl də Vaşinqton görüşləri mütəmadi keçirilib. Bu görüş Rusiya mərkəzli görüş tendesiyasının keçirilməsini aradan qaldırır.  Bunlar Ermənistan və Azərbaycan münasibətlərinin gələcəyi baxımından ciddi irəliləyişlərə səbəb olacaq. Çünki Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü əsas prinsiplərdən biri kimi qəbul edir. Bu da ölkəmizin maraqlarını təmin edir",- politoloq əlavə edib.
 
Mayın 1-4-də Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında danışıqlar olub. ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə regional təhlükəsizlik və sabitlik məsələləri də müzakirə olunub. Tərəflər Laçın dəhlizində Azərbaycanın "blokadası" ilə bağlı humanitar məsələlərə toxunublar.

Mayın 14-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Şurasının prezidenti Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyev arasında üçtərəfli görüş keçirilib. Regional nəqliyyat və iqtisadi infrastrukturun açılması, iki ölkə arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi, Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasına dair saziş, əhalinin hüquq və təhlükəsizliyi ilə bağlı problemlərin həllinin zəruriliyi ilə bağlı məsələlər, eləcə də itkin düşmüş məhbusların taleyi və digər humanitar məsələlər müzakirə olunub. 
 
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol