Ceyhun Bayramov Slovakiyaya səfəri çərçivəsində dəyirmi masada iştirak edib-Yenilənib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyaya işgüzar səfəri çərçivəsində "GLOBSEC” beyin mərkəzinin təşkil etdiyi dəyirmi masa müzakirələrində iştirak edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tədbirdə Azərbaycan-Slovakiya münasibətləri, Avropa İttifaqı ilə əlaqələrin cari vəziyyəti, qlobal və regional təhlükəsizlik məsələləri, enerji təhlükəsizliyinin müxtəlif aspektləri, bölgəmizdə post-münaqişə dövründə görülən işlər və çağırışlar, mövcud mina təhdidləri, Azərbaycan-Ermənistan sülh prosesi və digər məsələlər müzakirə edilib.
Nazir tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
23:38
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyaya işgüzar səfəri çərçivəsində GLOBSEC (analitik mərkəz, Bratislava forumunun təşkilatçısı – red.) tərəfindən təşkil olunan dəyirmi masada iştirak edir.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər