• $
  • £

Əli Əsədov Soçidə Rusiya Hökumətinin sədri Mixail Mişustinlə görüşüb

Əli Əsədov Soçidə Rusiya Hökumətinin sədri Mixail Mişustinlə görüşüb
08.06.2023 21:11
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 8-də Soçiyə işgüzar səfəri çərçivəsində Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən  verilən xəbərə görə, görüşdə iki ölkənin qarşılıqlı münasibətlərinin Azərbaycan və Rusiya prezidentlərinin səyləri ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluqla vurğulanıb.

Qarşılıqlı ticarətin və sərmayələrin davamlı artması ikitərəfli münasibətlərin dinamik inkişafının əyani sübutu kimi qiymətləndirilib.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın cari ayın sonunda Moskvada keçirilməsi planlaşdırılan növbəti iclasının əhəmiyyəti qeyd edilib.

Kənd təsərrüfatı sahəsində əməkdaşlığın yaxşı nəticələri vurğulanıb.
Nəqliyyat və logistika sektoru əməkdaşlığın mühüm istiqaməti kimi səciyyələndirilib. Bununla əlaqədar Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tam gücü ilə fəaliyyətinin təmin edilməsi üçün birgə səylərin davam etdirilməsinə qarşılıqlı hazırlıq ifadə olunub.

Tərəflər sənaye sahəsində uğurlu əməkdaşlığın zəngin təcrübəsini qeyd etdilər, birgə istehsal istiqamətində işbirliyini müsbət qiymətləndirdilər.
Hökumət başçıları Azərbaycan-Rusiya ticarət-iqtisadi əməkdaşlığının aktual məsələlərini və müxtəlif sahələrdə birgə layihələrin reallaşdırılmasını də nəzərdən keçirdilər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol