Gürcüstan ordusunda xidmət edən azərbaycanlı həlak olub
Gürcüstan ordusunda xidmət edən azərbaycanlı hərbçi odlu silahdan açılan atəş nəticəsində həlak olub. Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat verib.
"İyunun 8-də Gürcüstanın Müdafiə Qüvvələrinin bölmələrindən birində xidmət edən Yusif Nəsibovun (2005-ci il təvəllüdlü) ölümü ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə istintaq başlayıb", - Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polisinin yaydığı məlumatda bildirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər