• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Putin və Paşinyan arasında növbəti görüş nə vəd edir? - GÖZLƏNTİLƏR

Putin və Paşinyan arasında növbəti görüş nə vəd edir? - GÖZLƏNTİLƏR
09.06.2023 15:41
Cümə günü Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla ayrıca görüş keçirəcək. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. 
 
Görüşün qapalı şəraitdə keçiriləcəyi gözlənilir.
 
Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, bu görüşdə Ermənistan və Rusiya arasında mövcud olan narazılıqlar müzakirə ediləcək.
 
"Nəzərə almaq lazımdır ki, bu gün Ermənistan-Rusiya münasibətlərində bir sıra gərginliklər mövcuddur. Ermənistan rəsmiləri b-birinin ardınca Rusiyanın əleyhinə zidd bəyanatlar verirlər. Təbii ki bu da Rusiya tərəfindən birmənalı qarşılanmır. Son günlər Erməni rəsmilərinin guyə Rusiyanın Ermənistana təyziq etməsi, Zəngəzur dəhlizi ilə bağlı addımlar atmağa onları məcbur etməsi ilə bağlı verdiyi bəyanatlar kifayət qədər sual yaradan məsələlərdir. Eyni zamanda Azərbaycanla sərhədin Ermənistan tərəfindən qorunması ilə bağlı bəyanatlarda bu istiqamətdə önəmli məsələlərdən biridir. Bu görüş də əsasən iki dövlət arasında mövcud narazılıqları müzakirə etmək, Ermənistana Rusiyanın mövqeyini çatdırmaq və verilən təkliflərin Ermənistan tərəfindən qəbul edilməyəcəyi təqdirdə baş verə biləcək hadisələrlə bağlı geniş müzakirələr aparılacaq. Bu gün Ermənistanın həyata keçirdiyi siyasət onların hazırki istiqamətindən geri dönəcəklərinə və Rusiya ilə fərqli münasibət quracağını söyləməyə əsas vermir",  - Ceyhun Məmmədov deyib.
 
Politoloq Elxan Şahinoğlu bildirib ki, həmişə olduğu kimi bu görüşdə də Paşiniyan Azərbaycandan Rusiyaya şikayət edəcək.

"Onsuzda Putin müxtəlif toplantılar vasitəsi ilə müxtəlif dövlətlərin baş Nnzirləri və prezidentləri ilə fikir mübadiləsi aparır. Aydındır ki, Paşiniyan yenə də Azərbaycandan Rusiyaya şikayət edəcək, amma bu Putin üçün artıq maraqlı mövzu deyil. Putinin Ermənistandan öz tələbləri var. Bu tələblərdən biri qərblə münasibətlərdə ehtiyyatlı olmaqdır. Biz son zamanlar görürük ki, Paşiniyan və onun komandasının üzvləri Rusiyadan uzaqlaşmağa çalışırlar və Kollektiv Təhlükəsizlik müqaviləsi Təşkilatını tənqid edirlər. Təbii ki, bu da Putinin xoşuna gəlmir. Yəqin ki, bütün bu məsələlər hamısı qapalı görüşdə müzakirə olunacaq. Paşiniyanın əsas narazılığı ondadır ki, Rusiya prezidenti Azərbaycana niyə əyziq etmir. Rusiya Azərbaycana təzyiq edədə bilməz, çünki Azərbaycan öz torpaqlarında qayda-qanun yaradır. Laçında sərhəd keçid məntəqəsinin yaradılması ilə bağlı da Ermənistanın Rusiyaya şikayəti var və məncə bu məsələ də müzakirə olunan məsələlər içərisində olacaq. Mən baş tutacaq bu görüşdən ciddi bir nəticə gözləmirəm", - ekspert bildirib
 
Nikol Paşinyan və Rusiya Prezidenti Putin arasında son görüş fevralın 22-si olub. Tərəflər üçtərəfli bəyanatların icrası, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələlərinə də toxunublar.
 
Eltac Nurullazadə
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədə ən böyük amnistiyanın elan olunması gözlənilir - Prezidentdən təşəbbüs
Siyasət 15:19
Ölkədə ən böyük amnistiyanın elan olunması gözlənilir - Prezidentdən təşəbbüs
Prezident Əliyev Avstraliya Baş nazirinə Sidneydəki terror aktı ilə bağlı başsağlığı verib
Siyasət 15:14
Prezident Əliyev Avstraliya Baş nazirinə Sidneydəki terror aktı ilə bağlı başsağlığı verib
Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib
Siyasət 14:53
Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib
Aida Hüseyn Naxçıvan Ali Məhkəməsinin sədri olub - Sərəncam
Siyasət 14:51
Aida Hüseyn Naxçıvan Ali Məhkəməsinin sədri olub - Sərəncam
Baş nazir Milli Məclisdə hesabat verəcək
Siyasət 14:31
Baş nazir Milli Məclisdə hesabat verəcək
Prezidentin sərəncamı ilə onlara rütbələr verilib
Siyasət 14:16
Prezidentin sərəncamı ilə onlara rütbələr verilib
Mikayıl Cabbarova yeni vəzifə verilib - Sərəncam
Siyasət 13:45
Mikayıl Cabbarova yeni vəzifə verilib - Sərəncam
Prezident fərman imzalayıb
Siyasət 13:20
Prezident fərman imzalayıb
Azərbaycan və Pakistan XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Siyasət 09:38
Azərbaycan və Pakistan XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol