• $
  • £

Qarabağda anti-terror əməliyatı ola bilərmi - ŞƏRH

Qarabağda anti-terror əməliyatı ola bilərmi - ŞƏRH
12.06.2023 23:40
Son günlər Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan təyin edilməmiş şərti sərhədində atəşkəsin tez-tez pozulması barədə məlmatlar verir.  İki ölkə arasında müxtəlif formatlarda sülh danışıqlarının intensiv getdiyi bir zamanda bu cür insidentlərin baş verməsi diqqət çəkir.
 
Ermənistan Baş naziri Nikol Paşinyanın son zamanlar verdiyi müsbət mesajlar fonunda baş verən olaylar tərs mütənasiblik təşkil edir. Atəşkəsin pozulması Paşinyanın iyunun 7-də Rusiyaya səfərindən sonra daha da intensivləşib.
 
Baş verən hadisələr təxribatların pərdəarxasında Rusiya faktorunun olub-olmaması və Azərbaycanın Qarabağda antiterror əməliyyatlarına başlaması məsələsini aktuallaşdırır.
 
Millət vəkili Sahib Əliyevin sözlərinə görə, Azərbaycan həm şərti sərhəddə, həm də Qarabağda qəti addımlar atmalıdır.
 
"Neçə gündür ki,  həm Azərbaycan-Ermənistan şərti sərhəddində, həm də Qarabağda ordumuzun mövqeləri ardıcıl olaraq atəşə tutulur. Qarşı təfər isə 2021-ci ildən tətbiq etdiyi taktikaya uyğun olaraq davamlı şəkildə bunlarlı təkzib edir, atəşkəsin pozulmadığını deyir.  Hələ bu azmış kimi Qarabağdakı qanunsuz silahlı birləşmələr orada uzunmüddətli istehkamlar da qurmağa cəhd edirlər. Demək ki, Ermənistan Fransanın göndərdiyi və Hindistanın İran üzərindən ötürdüyü, ötürməyə hazırlaşdığı silah-sursatla yeni savaşa hazırlaşır. Məncə, beynəlxalq normalarla təsbit edilən özünüqoruma hüququna dayanaraq Azərbaycan həm şərti sərhəddə, həm də Qarabağda qəti addımlar atmalıdır və düşünürəm ki, atacaq da. Azərbaycan ordusunun işğaldan azad edilmiş ərazilərdə komanda-qərargah təlimi keçirməsi tam gözlənilən və anlaşılandır. Təlimin gedişini  Müdafiə Nazirliyin rəhbər heyətinin də izləməsi, general-polkovnik Zakir Həsənovun hərbçilərimizə mümkün təxribatların qarşısını dərhal və qətiyyətlə almağa hər an hazır olmaq barədə konkret göstərişlər verməsi o deməkdir ki, Qarabağdakı qanunsuz silahlı birləşmələrin ordumuzun mövqelərini atəşə tutmaları, yeni istehkamlar qurmaq cəhdləri indikindən daha təsirli cavab tədbirləri ilə əvəzlənə bilər”, - deputat vurğulayıb.
 
Politoloq Qabil Hüseynli bölgədəki vəziyyətin Rusiya-Ukrayna müharibəsi bitənə kimi bu cür davam edəcəyini düşünür.
 
"Bütün bu baş verənlərin başında birbaşa Rusiya dayanır. Son vaxtlar Ermənistan Rusiya ilə daha da yaxınlaşıb və ciddi əlaqələr qurur. Rusiya burada qərbin sülhyaratma prosesinə mane olmaq istəyir. Xarici İşlər Nazirinin son Vaşinqton görüşünün pozulmasının səbəbinin də birbaşa bununla bağlı olduğunu hesab edirəm. Yəni burada Ermənistanın Rusiyanın təsiri ilə addım atdığını deyə bilərik. Rusiya iki ölkə arasında sülh prosesinin yaranmasının və Qarabağın dağlıq hissəsindəki erməni icmasının Azərbaycan cəmiyyətinə inteqrasiyasının qarşısını almağa çalışır. Yəqin ki bu proses Ukraynadakı müharibə bitənədək davam edəcək. Bölgədə anti-terror əməliyyatları başlaya bilər amma hələ ki, Azərbaycan bu əməliyyatları başlamağa tələsməməlidir. Çünki, bölgədə bir sıra ölkələr var ki, Azərbaycan və Ermənistan arasında hər hansı bir ixtilafın meydana şıxmasını gözləyir. Ona görə də Azərbaycan hələ ki, müxtəlif təsir vasitələrindən istifadə etməklə Qarabağ ermənilərini öz tərkibinə inteqrasiya etməyə çalışır. Bu prosesdə anti-terror əməliyyatlarının nə vaxt başlayacağını söyləmək çətindir”, - politoloq bildirib.
 
Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, iyunun 11-i saat 11:50-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub və qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
 
Eltac Nurullazadə

 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol