• $
  • £

Ermənistan Hindistandan yeni silahlar alır - Deputat

Ermənistan Hindistandan yeni silahlar alır - Deputat
13.06.2023 11:39
Ermənistanla Hindistan arasında hərbi sövdələşmənin imzalanması ciddi narahatlıq yaradır. Bunu deputat Elşad Mirbəşir deyib.
 
"Ermənistan Hindistanla hərbi anlaşmaya imza atıb. Belə ki, Hindistandan özü hərəkət edən artirilerya, dağlıq ərazilərdə istifadə olunan qurğular alınıb. Bu ciddi narahatlıq doğurur. Hesab edirəm ki, belə halların qarşısını almaq lazımdır. Ermənistan hələ də bu cür addımlardan çəkinmir. Bir tərəfdən sülh danışıqları aparır,digər tərəfdən isə silah almaq üçün müqavilələr imzalayır. Maraqlıdır ki, bu prosesdə Fransa da iştirak edir. O Fransa ki, sülh prosesində maraqlı olduğunu göstərməyə çalışır. Bu cür halların davam etməsi gələcəkdə regionda vəziyyətin gərginləşməsi və hərbi təxribatların olması riskini artıra bilər", - deputat iyunun 13-də Milli Məclisin iclasında çıxışı zamanı deyib. 
 
Bundan əvvəl, Azərbaycan prezidenti Hindistanın Bakıdakı yeni səfiri Şridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən bildirib ki, Ermənistanın yüz milyonlarla dollar dəyərində silah alması region üçün yeni təhlükələr yaradır.

Prezident İlham Əliyev bu gün Ermənistanda revanşist qüvvələrin başını qaldırdığını, Azərbaycana qarşı ərazi iddialarının davam etdiyini vurğulayıb. O qeyd edib ki, Ermənistanın sürətlə silahlanması yeni təhlükələr yaradır.

"Əgər Ermənistan həqiqətən də Azərbaycanla sülh istəyirsə, o zaman niyə yüz milyonlarla dollar dəyərində silah alır? Belə siyasət region üçün yeni təhlükələrə gətirib çıxaracaq”, - prezident söyləyib. 
 
2022-ci ilin sentyabrında The Economic Times Hindistanın Ermənistana 20 milyard rupi (244,7 milyon dollar) dəyərində silah və sursat göndərəcəyini bildirmişdi.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman işsizliklə bağlı agentliyə bir sıra təkliflər verib
Cəmiyyət 11:27
Ombudsman işsizliklə bağlı agentliyə bir sıra təkliflər verib
Azercell-in dəstəyi ilə Beyləqanda qızlar üçün STEM dərslərinə start verilir
Cəmiyyət 11:03
Azercell-in dəstəyi ilə Beyləqanda qızlar üçün STEM dərslərinə start verilir
“Azərsun Holdinq” “Azərbaycan Uşaqları”na dəstək verəcək
Cəmiyyət 10:59
“Azərsun Holdinq” “Azərbaycan Uşaqları”na dəstək verəcək
Azərbaycandan Ermənistana dizel yanacağı və Rusiya gübrəsi tədarükü davam edir
Cəmiyyət 10:54
Azərbaycandan Ermənistana dizel yanacağı və Rusiya gübrəsi tədarükü davam edir
NATO Türkiyəyə yönəlmiş raket hücumuna cavab planlarını açıqladı
Cəmiyyət 10:22
NATO Türkiyəyə yönəlmiş raket hücumuna cavab planlarını açıqladı
Gəncədə ölü körpə doğulub
Cəmiyyət 10:16
Gəncədə ölü körpə doğulub
Azərbaycanda bir gündə 48 cinayət açılıb – DİN
Cəmiyyət 10:12
Azərbaycanda bir gündə 48 cinayət açılıb – DİN
Sabirabadda 25 yaşlı qadında 14 kq narkotik aşkarlanıb
Cəmiyyət 09:54
Sabirabadda 25 yaşlı qadında 14 kq narkotik aşkarlanıb
Sabah Lökbatanda su olmayacaq
Cəmiyyət 09:47
Sabah Lökbatanda su olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol