• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Laçına köçürülən ailələrin sayı açıqlanıb

Laçına köçürülən ailələrin sayı açıqlanıb
14.06.2023 08:18
İyunun 14-də Laçına 22 ailə olmaqla 72 nəfər köçürülüb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
 
Köçürülən ailələr Bakının Qaradağ rayonundakı "Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb.

Bundan əvvəl Laçına 20 ailə olmaqla 97 nəfər köçürülüb.
 
Bu ilin sonunadək 10 minə yaxın şəxsin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına köçürülməsi nəzərdə tutlulub. Bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov deyib.

Laçına 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi nəzərdə tutulub. Eyni zamanda, Füzuliyə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və məskunlaşdırılması gözlənilir.
 
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də erməni silahlı qüvvələrindən təmizlənərək Azərbaycana qaytarılıb.

Laçın 18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. 

İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı didərgin düşüb, 300-dən artıq hərbçi, eləcə də mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğala məruz qalıb.


Aytac Zeynalova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Gizir Xanı”ya şəhidlik statusu verilib
Cəmiyyət 22:29
“Gizir Xanı”ya şəhidlik statusu verilib
Məktəbəqədər təhsilə cəlb olunan bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir - Emin Əmrullayev
Cəmiyyət 21:51
Məktəbəqədər təhsilə cəlb olunan bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir - Emin Əmrullayev
Gömrük generalı təqaüdə göndərilib
Cəmiyyət 21:35
Gömrük generalı təqaüdə göndərilib
Şabranda qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 21:30
Şabranda qanunsuz ov edən şəxs saxlanılıb
Xaçmazın 27 kəndində qaz olmayacaq
Cəmiyyət 20:58
Xaçmazın 27 kəndində qaz olmayacaq
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:55
Bakıda avtomobil yanıb
Sumqayıtda azyaşlı uşaq tapılıb - Valideynləri axtarılır
Cəmiyyət 19:05
Sumqayıtda azyaşlı uşaq tapılıb - Valideynləri axtarılır
Çindən gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlanıb - BİRGƏ MƏLUMAT
Cəmiyyət 18:44
Çindən gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlanıb - BİRGƏ MƏLUMAT
Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib
Cəmiyyət 18:30
Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol