• $
  • £

Azərbaycanla Ermənistan arasında görüş təxirə salınıb - ABŞ

Azərbaycanla Ermənistan arasında görüş təxirə salınıb - ABŞ
14.06.2023 12:18
Ermənistanla Azərbaycan arasında iyunun 12-də Vaşinqtonda keçirilən görüş təxirə salınıb. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. 
 
İyunun 12-də Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların yeni raundu icra olunacaqdı. 

"Tərəflər Cənubi Qafqaz regionunda dinc dialoqa davam etdikcə biz Vaşinqtonda danışıqların növbəti raundunu gözləyirik. Hesab edirik ki, birbaşa dialoq qalan məsələlərin həlli üçün açardır. Razılaşmanın əldə olunacağına inanırıq. Təəssüf ki, bu görüş planlaşdırma məsələlərinə görə alınmadı və mümkün qədər tez bir zamanda görüşün olmasını səbirsizliklə gözləyirik”, - Dövlət Departamentinin sözçüsü brifində jurnalistlərə bildirib.
 
Bundan əvvəl, Ermənistan xarici işlər nazirinin mətbuat katibi Ani Baldayan mətbuata açıqlama verərək Azərbaycanla Ermənistan arasında iyunun 12-də keçiriləcək görüşün təxirə salındığını açıqlayıb. 
 
Mayın 1-4-də Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında danışıqlar olub. ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə regional təhlükəsizlik və sabitlik məsələləri də müzakirə olunub. 
 
Gülnar Nazimqızı 

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol