• $
  • £

Miqrantları daşıyan balıqçı gəmisi Yunanıstan sahillərində batıb, 78 nəfər ölüb

Miqrantları daşıyan balıqçı gəmisi Yunanıstan sahillərində batıb, 78 nəfər ölüb
14.06.2023 19:24
Miqrantları daşıyan balıqçı gəmisi Yunanıstan sahillərində batıb.

Şimali Afrikadan Avropaya miqrantları daşıyan balıqçı gəmisi Yunanıstan sahillərində, sahildən təxminən 75 km aralıda batıb.

Yunanıstan rəsmilərinin məlumatına görə, ən azı 78 ölü var. Hazırda xilasetmə əməliyyatı davam edir və Yunanıstan hakimiyyəti 104 nəfəri sudan xilas edib.

Rəsmi mənbə "Reuters" agentliyinə bildirib ki, qurbanların sayı arta bilər. Bu, Yunanıstan sularında bu ilin ən dəhşətli qəzasıdır.

Yunanıstan rəsmilərinin məlumatına görə, sərnişinlərin əksəriyyəti Əfqanıstan, Misir, Suriya və Pakistandan olan kişilər olub. Xilas edilənlər Kalamata şəhərinə aparılıb.

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi AFP-yə bildirib ki, qayıqda 400-ə qədər sərnişinin olması ehtimalı var. Qayığın Liviyadan İtaliyaya doğru getdiyi bildirilir.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen baş verən faciəyə münasibət bildirib.

"Yunanıstan sahillərində gəminin qəzaya uğraması və çox sayda ölümün olması xəbəri bizi dərindən kədərləndirdi. İtkin düşənlərin sayının çox olmasından narahatıq. Biz, bu cür faciələrin qarşısını almaq üçün üzv dövlətlər və 3-cü ölkələrlə birgə işləməyə davam etməliyik", Ursula von der Leyen "Twitter"də bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Türkiyəyə raket atmadığını bəyan edib
Dünya 10:08
İran Türkiyəyə raket atmadığını bəyan edib
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Dünya 00:05
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Ərdoğan İrana xəbərdarlıq edib
Dünya 21:58
Ərdoğan İrana xəbərdarlıq edib
İraqda elektrik enerjisi kəsilib
Dünya 21:24
İraqda elektrik enerjisi kəsilib
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
Dünya 21:00
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
Dünya 19:53
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
İran səfiri Türkiyə XİN-ə çağırılıb
Dünya 19:33
İran səfiri Türkiyə XİN-ə çağırılıb
İran gəmisi sualtı qayıq hücumuna məruz qalıb, 80 nəfər ölüb - Yenilənib
Dünya 18:56
İran gəmisi sualtı qayıq hücumuna məruz qalıb, 80 nəfər ölüb - Yenilənib
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb
Dünya 17:14
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol