Mirzoyan regiondakı kommunikasiya məsələlərindən danışıb
Ermənistan və Azərbaycan regional kommunikasiya məsələsində müəyyən irəliləyiş əldə ediblər. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
"Son vaxtlar mütəmadi olaraq intensiv iclaslar keçirilir və bu məsələlərə baxılır. Mənim şəxsi, bəlkə də subyektiv təəssüratım odur ki, biz müəyyən irəliləyiş əldə etmişik, amma yekun nəticə yoxdur", - Mirzoyan Ermənistan parlamentində çıxışı zamanı deyib.
www.anews.az

Regional kommunikasiya məsələləri ilə Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət işçi qrupu məşğul olur. Onun sonuncu iclası iyunun 2-də Moskvada baş tutub.
Gelnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər