Qarabağda baş verən təxribatlar 90-ci illəri xatırladır- Vahid Əhmədov/VİDEO
Qarabağda baş verən təxribatlar 90-ci illəri xatırladır. Bunu deputat Vahid Əhmədov deyib.
www.anews.az
"Son günlər ard-arda baş verən atəşkəsin pozulması, Ermənistanın təxribatı 90-ci illəri xatırladır. O vaxtı da ölkələr yığışıb Avropada, Amerikada danışıqlar aparırdı. Sülh danışıqları müzakirə olunurdu, amma nəticə yox idi. Nəhayət ölkə başçısı 2020-ci ildə öz iradəsini göstərdi. İndi isə Qarabağda yaşayan ermənilərin hüquqları bəhanəsi ilə növbəti Amerika, Avropa müzakirələri keçirilir. Burada İranla bərabər Rusiya da sülhün imzalanmasında maraqlı deyil. Çünki sülh imzalansa sülhməramlılar ərazini tərk etməlidir. Rusiya isə bunu istəmir”, - deputat iyunun 16-da keçirilən Milli Məclisin iclasında çıxışı zamanı deyib.
İyunun 15-də Ermənistan silahlı qüvvələri Laçın yolundakı Azərbaycanın sərhəd-buraxılış məntəqəsini atəşə tutublar. Nəticədə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb. Azərbaycan Xarici İşlər
Nazirliyi baş verən hadisəni pisləyib və beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinin bu təxribatını qətiyyətlə pisləməyə və Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkindirməyə çağırıb.
Azərbaycan Baş Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.11, 29,120.2.12-ci (bir qrup şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən şəxsi ümumi təhlükəli üsulla, terrorçuluqla əlaqədar və milli düşmənçilik niyyəti ilə öldürməyə cəhd), 214.2.1. 214.2.3 və 214.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə ağır nəticələrə səbəb olan terrorçuluq) maddələrilə cinayət işi başlayıb.
Gülnar Nazımqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər