• $
  • £

ABŞ Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə münasibət bildirib

ABŞ Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə münasibət bildirib
16.06.2023 12:03
ABŞ Azərbaycan və Ermənistan arasında baş verən gərginlikdən narahatdır. Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller keçirdiyi brifinqdə Azərbaycan-Ermənistan sərhədindəki insidentlə bağlı sualı cavablandırarkən deyib.

"Biz hər iki tərəfi qalan fikir ayrılıqlarını aradan qaldırmaq üçün birlikdə işləməyə çağırırıq. Geniş mənada deyəcəyəm - bildiyiniz kimi, dünən danışdığımız kimi, biz razılığın əldə oluna biləcəyinə inanırıq və hər iki tərəfi irəliləməyə inandırmağı səbirsizliklə gözləyirik”, - Metyu Miller bildirib.

Ötən gün və bu gün Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə təxribata əl atıblar, nəticədə bir Azərbaycan hərbçisi yaralanıb. Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Azərbaycan Ordusu tərəfindən lazımi cavab tədbirlər görülüb.
 
Mayın 1-4-də Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında danışıqlar olub. ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə regional təhlükəsizlik və sabitlik məsələləri də müzakirə olunub. 
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol