Zakir Həsənov Ermənistanın istənilən təxribatının qarşısının alınması barədə göstəriş verib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusuna Ermənistanın istənilən təxribatının qarşısının qətiyyətlə alınmasına hər an hazır olması barədə göstərişlər verib.
Nazir tapşırıqlarını iyunun 16-da Müdafiə Nazirliyində keçirilən kollegiya iclasında çatdırıb.
Toplantıda Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib.
www.anews.az