• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Kamran Əliyev Sankt-Peterburqda beynəlxalq forumda çıxış edib

Kamran Əliyev Sankt-Peterburqda beynəlxalq forumda çıxış edib
16.06.2023 19:50

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sankt-Peterburq şəhərində işgüzar səfərdə olub.

Baş Prokurorluqdan verilən məlumata görə, bu gün nümayəndə heyəti Peterburq Beynəlxalq İqtisadi Forumunun işində iştirak edib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Forum iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb. Forumun qlobal iqtisadi problemlərin həllinə öz töhfəsini verəcəyini və konstruktiv səmərəli dialoqa nümunə olacağını bildirərək tədbirin işinə uğurlar arzu edib.

Rusiya Baş Prokurorluğunun təşkilatçılığı ilə keçirilən "Sahibkarlığa dövlət qayğısı: əlverişli biznes mühitinin formalaşdırılması” sessiyasında Kamran Əliyev "Qanunun aliliyi və iqtisadi tərəqqi” mövzusunda çıxış edib.

Tədbir iştirakçılarını salamlayan Baş prokuror Rusiyanın müxtəlif regionlarında xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini bildirib.

Baş prokuror çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi kursuna uyğun olaraq sahibkarlığın inkişafının dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindən olduğunu, aparılan islahatlar nəticəsində sahibkarlıq fəaliyyətinin qanunvericilik bazası və lazımi infrastrukturunun yaxşılaşdırıldığını, sahibkarların vergi yükünün azaldılması, o cümlədən mənfəət və əlavə dəyər vergisinin dərəcələrinin aşağı salınması, onlara dövlət tərəfindən maliyyə dəstəyinin artırıldığını qeyd edib.

Həmçinin Kamran Əliyev prokurorluq orqanlarında genişmiqyaslı islahatların aparıldığını, prokurorluğun ictimai, o cümlədən sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin maraqlarının qorunması sahəsində fəaliyyətindən danışıb.

Sessiya zamanı digər natiqlər çıxışlar edib, sessiyaya həsr olunmuş mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev ilə Türkiyənin Baş prokuroru Bekir Şahin, Vyetnam Sosialist Respublikasının Baş prokuroru Le Minh Tri, Tayland Krallığının Baş prokuroru Nari Tantasatien və Çin Xalq Respublikasının Baş prokurorunun müavini Zhang Zhijie arasında ikitərəfli görüşlər keçirilib. Görüşlərdə cinayətkarlığa qarşı mübarizədə təcrübə mübadiləsinin önəmli olduğu bildirilməklə, maraq kəsb edən bir sıra məsələlər, o cümlədən cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sahəsində əməkdaşlığın əhəmiyyəti müzakirə edilib.

Nümayəndə heyətinin Sankt-Peterburq şəhərinə işgüzar səfəri başa çatıb.









www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Gizir Xanı”ya şəhidlik statusu verilib
Cəmiyyət 22:29
“Gizir Xanı”ya şəhidlik statusu verilib
Məktəbəqədər təhsilə cəlb olunan bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir - Emin Əmrullayev
Cəmiyyət 21:51
Məktəbəqədər təhsilə cəlb olunan bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir - Emin Əmrullayev
Gömrük generalı təqaüdə göndərilib
Cəmiyyət 21:35
Gömrük generalı təqaüdə göndərilib
Şabranda qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 21:30
Şabranda qanunsuz ov edən şəxs saxlanılıb
Xaçmazın 27 kəndində qaz olmayacaq
Cəmiyyət 20:58
Xaçmazın 27 kəndində qaz olmayacaq
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:55
Bakıda avtomobil yanıb
Sumqayıtda azyaşlı uşaq tapılıb - Valideynləri axtarılır
Cəmiyyət 19:05
Sumqayıtda azyaşlı uşaq tapılıb - Valideynləri axtarılır
Çindən gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlanıb - BİRGƏ MƏLUMAT
Cəmiyyət 18:44
Çindən gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlanıb - BİRGƏ MƏLUMAT
Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib
Cəmiyyət 18:30
Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol