• $
  • £

Azərbaycanda yeni bp platformasının işə salınması Avrasiyadan neft tədarüklərini dəstəkləyəcək

Azərbaycanda yeni bp platformasının işə salınması Avrasiyadan neft tədarüklərini dəstəkləyəcək
16.06.2023 22:13

Azərbaycanda yeni bp şirkətinin "Mərkəzi Şərqi Azəri" (ACE) platformasının işə salınması Avrasiyadan neft tədarüklərini dəstəkləyəcək.

Bu barədə Beynəlxalq Enerji Agentliyindən (BEA) məlumat verilib.

Agentlik 2022-ci ildə Azərbaycanda neft istehsalının ümumi həcminin 670 000 barelədək azaldığını və gözlənildiyi kimi, proqnozlaşdırılan bütün dövr ərzində (2028-ci ilədək) bu səviyyədə qalacağını qeyd edir.

Hasilatın azalmasına baxmayaraq, bp qrafikə uyğun olaraq "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının 6 milyard dollar dəyərində genişləndirmə layihəsini həyata keçirir. Gündəlik əlavə 100 000 barelin ACE platformasından tədarük olunacağı gözlənilir.

BEA analitikləri qeyd edirlər ki, 2009-cu ildə təqribən 840 000 barel orta illik pik həddinə çatmış AÇG bloku 2022-ci ildə gündəlik 390 000 barel hasil edib.

ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. ACE platforması və qurğuları gündəlik 100 000 barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində 300 milyon barelədək neftin hasil olunması proqnozlaşdırılır. Platforma Səngəçal terminalından, yəni uzaq məsafədən idarə ediləcək və idarə mexanizminə innovativ sistem avtomatlaşdırmaları daxil edilib.







www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
İqtisadiyyat 14:48
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Orta illik inflyasiya martda dəyişməyib
İqtisadiyyat 14:15
Orta illik inflyasiya martda dəyişməyib

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 14:10
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
İqtisadiyyat 14:02
Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
İqtisadiyyat 13:30
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
İqtisadiyyat 12:56
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
İqtisadiyyat 12:32
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
İqtisadiyyat 11:57
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
İqtisadiyyat 11:40
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol