• $
  • £

Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasına yollanacaq

Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasına yollanacaq
17.06.2023 11:45


Milli Məclisin deputatları - Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Kamal Cəfərov, Erkin Qədirli, Könül Nurullayeva, Pərvin Kərimzadə, Nigar Arpadarai qurumun yay sessiyasında iştirak etmək üçün iyunun 18-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

MM-dən  verilən xəbərə görə, AŞPA-nın yay sessiyasında Türkiyədə parlament və prezident seçkilərinin müşahidəsinin nəticələri, transmilli repressiyanın qanunun aliliyinə və insan hüquqlarına təhdidi, səhiyyədə sağlamlığa vahid yanaşma, miqrantların və qaçqınların sosial inteqrasiyası, rəqəmsal texnologiyalara bərabər çıxışın təşviqi və digər məsələlərə baxılacaq.

Tədbirdə Böyük Britaniyanın insan hüquqları qanunvericiliyində islahatlar, Ukraynada vəziyyət, regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Yığıncaqda, habelə Avropa Şurasının 2024-2027-ci illər üçün büdcəsi və prioritetləri, Avropa Şurası Parlament Assambleyasının 2024-2025-ci illər üçün xərcləri barədə məruzələr, qurumun Büro və Daimi Komitəsinin fəaliyyəti ilə bağlı hesabatlar dinləniləcək.

Səfər iyunun 25-də başa çatacaq.









www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol