• $
  • £

Azərbaycanla Kuba arasında mümkün tərəfdaşlıq imkanları müzakirə edilib

Azərbaycanla Kuba arasında mümkün tərəfdaşlıq imkanları müzakirə edilib
17.06.2023 12:10

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Kubanın Havana şəhərində səfərdə olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər zamanı Fariz Rzayev Kuba Respublikasının xarici işlər naziri Bruno Rodriqez Parriya, xarici işlər nazirinin müavini Anayansi Rodriqez Kamexo və xarici ticarət və sərmayə nazirinin birinci müavini Ana Terezita Qonzalez Fraqa ilə görüşlər keçirib. Görüşlərdə çoxtərəfli platformalarda, o cümlədən BMT, Qoşulmama Hərəkatı və Qrup-77 çərçivəsində əməkdaşlıq məsələləri, o cümlədən beynəlxalq inkişafa yardım sahəsində iki ölkə arasında mümkün tərəfdaşlıq imkanları müzakirə edilib.

Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan və Qrup 77-nin hazırkı sədri qismində Kuba arasında hər iki beynəlxalq təsisatın üzvlərinin maraqlarının qorunmasına xidmət edəcək əlaqələndirilmiş fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Səfər çərçivəsində iyunun 16-da Karib dənizi hövzəsinin ada dövlətlərinin Kubada akkreditə olunan səfirləri üçün Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və beynəlxalq inkişafa yardım siyasəti barədə təqdimat tədbiri baş tutub.

Azərbaycan nümayəndə heyəti 2 mart 2023-cü il tarixində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş İnkişaf Etməkdə olan Kiçik Ada Dövlətlərinin pandemiyadan sonrakı bərpasına dəstək üzrə Qlobal Çağırış barədə iştirakçıları məlumatlandırıb.

Həmin çağırış çərçivəsində ilk donor kimi Azərbaycan tərəfindən həmin dövlətlərə 1 milyon ABŞ dolları məbləğində yardımın nəzərdə tutulduğu bildirilib. Ada dövlətlərinin post-pandemiya dövründə ehtiyacları ilə bağlı məsləhətləşmələrin əhəmiyyətinə diqqət yönəldilib. Tədbir müvafiq mövzuda interaktiv müzakirələrlə davam edib.







www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol