• $
  • £

VI Beynəlxalq Muğam Festivalı başlayır

VI Beynəlxalq Muğam Festivalı başlayır
18.06.2023 11:13
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə iyunun 18-25-də "Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalı keçiriləcək.

Festival çərçivəsində Bakı, Ağcabədi və Şuşada yerli və xarici musiqiçilərin iştirakı ilə müxtəlif konsertlərin, beynəlxalq simpoziumun, muğam və poeziya ifalarının təşkili nəzərdə tutulur.

İyunun 18-də Heydər Əliyev Sarayında Alim Qasımov və xüsusi qonaqların, Azərbaycan Milli Konservatoriyasında isə Ənvər Sadıqov və Emil Əfrasiyabın iştirakı ilə açılış mərasimi baş tutacaq.

Festival iyunun 19-da İrandan Mahan Mirarabın gitarada, həmyerlimiz Elçin Şirinovun pianoda ifası və Beynəlxalq muğam müsabiqəsi ilə Azərbaycan Milli Konservatoriyasında davam edəcək. Həmin gün Beynəlxalq Muğam Mərkəzində Əfqanıstanı təmsil edən Daud Khan Sadozainin konserti, Daş Salnaməsi Muzeyində isə Xalq artisti Mənsum İbrahimovun, Əməkdar artistlər – Təyyar Bayramovun, Babək Niftəliyevin, Sevinc Sarıyevanın, xanəndələr Hüseyn Məlikovun, Aytən Məhərrəmovanın və Mirələm Mirələmovun iştirakı ilə muğam axşamı keçiriləcək.

Üçüncü gün Azərbaycan Milli Konservatoriyasında Beynəlxalq muğam müsabiqəsi və Azərbaycan Tarix Muzeyində Beynəlxalq Simpozium keçiriləcək. Bununla yanaşı, Azərbaycan Milli Konservatoriyasında azərbaycanlı pianoçu Etibar Əsədlinin, Milli Kamera və Orqan musiqisi zalında isə xanəndə Səkinə İsmayılovanın, Hindistandan vokalçı Vasumathi Badrinathanın, violin ifaçısı Jyotsna Srikanthın musiqiləri səslənəcək.

İyunun 21-dən 24-dək Azərbaycan Milli Konservatoriyasında, Milli Azərbaycan Tarix Muzeyində, Daş Salnaməsi Muzeyində, Beynəlxalq Muğam Mərkəzində, Kamera və Orqan musiqisi zalında, Heydər Əliyev Mərkəzində, eləcə də Şuşa və Ağcabədidə Azərbaycan, Özbəkistan, Tacikistan, İordaniya, Misir, Yunanıstan və Hindistan təmsilçilərinin ifaları nəzərdə tutulur.

Festival çərçivəsində 24 saat ərzində eyni məkanda bir-birini əvəz edən 24 qrupun ifasında muğam marafonu və açıq havada "Muğam saatı” təşkil olunacaq.

İyunun 25-də "Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalının Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək yekun konserti çərçivəsində festival qaliblərinin mükafatlandırılması da nəzərdə tutulur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Mədəniyyət 18:56
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Gələcəyin dizaynı - ənənələr və sənətkarlıq rəqəmsal texnologiyalara qarşı...
Mədəniyyət 10:24
Gələcəyin dizaynı - ənənələr və sənətkarlıq rəqəmsal texnologiyalara qarşı...
Züleyxa Hacıyeva vəfat edib
Mədəniyyət 21:48
Züleyxa Hacıyeva vəfat edib
Vest-Hollivudda azərbaycanlı rəssamların iştirakı ilə "Nazım & Friends" sərgisi açılıb
Mədəniyyət 15:42
Vest-Hollivudda azərbaycanlı rəssamların iştirakı ilə "Nazım & Friends" sərgisi açılıb
Mehriban Əliyeva Bişkekdə Qırğızıstan mədəniyyəti sərgisində olub
Mədəniyyət 16:00
Mehriban Əliyeva Bişkekdə Qırğızıstan mədəniyyəti sərgisində olub
Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn olunub
Mədəniyyət 14:11
Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn olunub
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Mədəniyyət 23:30
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
Mədəniyyət 14:19
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol