• $
  • €
  • ₽
  • ₺
  • £

Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib

Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
19.08.2026 14:19

 

Hikmət Mustafayev Azərbaycanın Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin edilib. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təyinat nazir Adil Kərimlinin müvafiq əmri ilə həyata keçirilib.

1971-ci il təvəllüdlü Hikmət Mustafayev 1993-cü ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini, 2006-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

Mustafayev 1997-ci ildən dövlət qulluğunda çalışır. O, Dövlət Əmlak Komitəsi, İqtisadi İnkişaf Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.

O, həmçinin COP29 Azərbaycan Əməliyyat Şirkətində Aparat rəhbəri olub. Təyinatadək Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri vəzifəsində çalışıb.

Mustafayev dövlət qulluğunda uzunmüddətli fəaliyyətinə görə 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. O, dövlət qulluğunun baş müşaviridir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Mədəniyyət 18:56
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol