Azərbaycanda avtobuslarla sərnişindaşıma artıb, taksilər ilə azalıb
2023-cü ilin yanvar-mayında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə sərnişindaşımaların həcmi 742 milyon 844,7 min nəfər təşkil edib ki, bu da 2022-ci ilin 5 ayı ilə müqayisədə 19% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Dəmir yolu ilə sərnişin daşıma 2 milyon 704 min nəfər (artım 57,2%), dəniz nəqliyyatı ilə 8,6 min nəfər (artım 26,5%), hava nəqliyyatı ilə 966,4 min nəfər (artım 58,5%) təşkil edib.
Bundan əlavə, beş ayda avtomobil nəqliyyatı ilə 647 milyon 381,7 min sərnişin (artım 19,8%) daşınıb. Eyni zamanda, bu dövrdə avtobuslarla 618 milyon 706,3 min sərnişin (artım 21,1%), taksilərlə 28 milyon 675,4 min nəfər (azalma 2,7%) daşınıb.
Bakı Metropoliteni yanvar-mayda (artım 12,4%) 91 milyon 784 min nəfərə xidmət göstərib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox