• $
  • £

Azərbaycan Premium Euro-95 markalı benzinin idxalını azaldıb

Azərbaycan Premium Euro-95 markalı benzinin idxalını  azaldıb
19.06.2023 15:02
2023-cü ilin yanvar-aprelində Azərbaycan 27 152,15 ton Premium Euro-95 markalı avtomobil benzini idxal edib ki, bu da 2022-ci ilin 4 ayı ilə müqayisədə 9,4% azdır. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.  

İdxal edilən Premium Euro-95 markalı benzinin dəyəri 25 milyon 86,4 min dollar (azalma 13,9%) təşkil edib.

İdxalın əsas həcmi Rusiya Federasiyasından idxalın  payına düşüb. Belə ki, bu ölkədən  18 min 665,3 ton və ya  16 milyon 998,88 min dollar məbləğındə benzin idxal olunub. 2022-ci ilin yanvar-apreli ilə müqayisədə bu markalı benzinin Rusiyadan idxalı 63,9%, dəyər ifadəsində isə  69% azalıb.

Həmçinin hesabat dövründə Rumıniyadan - 4 min 79,9 ton  və ya 4 min 189,24 dollar məbləğində,  Belarusdan - 4 min 406,95 ton və ya  3 milyon 898,27 min dollarlıq benzin idxal edilib. Əvvəllər Belarusdan Azərbaycan benzin idxal etməyib. 

Statistikaya əsasən, 2023-cü ilin yanvar-aprelində  Azərbaycana "Super Euro-98” markalı benzinin idxal 568,75 ton (artım 2,1 dəfə) təşkil edib. Eyni zamanda, hesabat dövründə Rusiyadan 234,77 ton, Rumıniyadan isə 333,98 ton benzin idxal edilib.

2022-ci ildə Azərbaycan 99 490,98 ton Premium Euro-95 (32,5% azalma) avtomobil benzini idxal edib. "Premium Euro-95” markalı benzinin Azərbaycana idxalının 73,4%-i Rusiyanın payına düşüb.

Azərbaycana Super Euro-98 markalı avtomobil benzininin idxalı 1670,95 ton (37,8% azalma) təşkil edib.

Azərbaycana "Premium Euro-95” və "Super Euro-98” markalı avtomobil benzinlərinin idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.

Hazırda Azərbaycanın daxili bazarında "Premium Euro-95” markalı benzinin pərakəndə satış qiyməti 1 litri 2 manat, "Super Euro-98” markalı benzinin pərakəndə satış qiyməti 2,3 manat/litrdir.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
İqtisadiyyat 14:48
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Orta illik inflyasiya martda dəyişməyib
İqtisadiyyat 14:15
Orta illik inflyasiya martda dəyişməyib

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 14:10
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
İqtisadiyyat 14:02
Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
İqtisadiyyat 13:30
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
İqtisadiyyat 12:56
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
İqtisadiyyat 12:32
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
İqtisadiyyat 11:57
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
İqtisadiyyat 11:40
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol