• $
  • £

Azərbaycanda kreditlərə tələbat artıb - Mərkəzi Bank

Azərbaycanda kreditlərə tələbat artıb  - Mərkəzi Bank
19.06.2023 15:18
2023-cü ilin 2-ci rübündə bank müştərilərinin kredit resurslarına tələbatı artıb. Bu barədə Mərkəzi Bankın banklar arasında keçirdiyi və cari ilin yanvar-martını  əhatə edən sorğusunun nəticələri ilə bağlı dərc olunan hesabatında bildirilib. 

"Sorğunun nəticələri göstərir ki, banklar birinci rübdə kredit siyasətini yumşaltmaqda davam ediblər. Eyni zamanda, həm biznes kreditləri, həm də istehlak kreditləri üzrə kredit siyasətinin yumşaldılması tempində azalma tendensiyası müşahidə olunub”, -  Mərkəzi Bank vurğulayıb.

Xüsusilə, yanvar-martda banklar qısamüddətli biznes kreditləri və milli valyutada kreditlər üzrə şərtlərin yumşaldılmasını bir qədər ləngitib, xarici valyutada olan kreditlər üzrə isə onların sərtləşdirilməsi tendensiyası davam edib.

Mərkəzi Bank aydınlaşdırır ki, banklar cari ilin ikinci rübündə biznes kreditləri və istehlak kreditləri üzrə şərtlərin yumşaldılması tendensiyasına sadiqdirlər. Ümumilikdə, sorğuya əsasən, banklar 2023-cü ilin aprel-iyununda bütün növ kreditlərə tələbatın artacağını gözləyirlər.

Yanvar-martda  biznes kreditləri üzrə kicik və orta sahibkarlıq sektoru və iri biznes üçün kreditlərin yumşaldılması müşahidə olunub.

Sorğunun nəticələrinə görə, istehlak kreditləşməsində kredit siyasətinin yumşaldılması ilk növbədə kredit kartları vasitəsilə verilən kreditlər və borcalanın əmək haqqı ilə bağlı kreditlər üzrə baş verib.

Ümumiyyətlə, birinci rübdə istehlak və ipoteka kreditlərinə tələbatda artım müşahidə olunub.

Sorğunun nəticələri göstərib ki, 2023-cü ilin birinci rübündə əhali arasında borcalanların 42%-nin maliyyə vəziyyəti dəyişməyib, 54%-nin yaxşılaşması, 4%-nin isə bir qədər pisləşib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
İqtisadiyyat 14:48
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Orta illik inflyasiya martda dəyişməyib
İqtisadiyyat 14:15
Orta illik inflyasiya martda dəyişməyib

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 14:10
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
İqtisadiyyat 14:02
Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
İqtisadiyyat 13:30
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
İqtisadiyyat 12:56
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
İqtisadiyyat 12:32
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
İqtisadiyyat 11:57
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
İqtisadiyyat 11:40
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol