• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

Hesablama Palatası Neft Fondu ilə bağlı bir sıra təkliflər irəli sürüb

Hesablama Palatası Neft Fondu ilə bağlı bir sıra təkliflər irəli sürüb
19.06.2023 18:25

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin hasilat proqnozları ilə icra göstəriciləri arasında əhəmiyyətli fərqlərin müşahidə edilməsini nəzərə alaraq hasilat proqnozları müəyyənləşdirilərkən SOCAR və ABƏŞ-in Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə koordinasiyasının gücləndirilməsi zəruridir.

Bu "Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına Hesablama Palatasının Rəyində qeyd olunur.

Rəyə əsasən, fondun gəlirliliyinin investisiyalarda bençmarklara uyğun bölgüləri və digər xüsusiyyətləri nəzərə alınmaqla bençmarka nisbətən əlavə gəlirlilik əldə etmək üçün bazar şəraitinə və iqtisadi gözləntilərə əsaslanan təhlillər edilməklə mövcud investisiyalara taktiki dəyişikliklərin edilməsi təklif olunur.

Bundan əlavə Müxtəlif qlobal bazarlar və sektorlar üzrə divesifikasiyanın təmin edilməsi məqsədilə investisiya siyasəti çərçivəsində mərhələli olaraq sərmayə qoymaqla səhm portfelində balanslaşdırmaya üstünlük verilməsi təklif olunur.

Rəydə qlobal bazarların yüksək qeyri-müəyyənlik dövründə daşınmaz əmlak növlərinə tələbin azalması və ümumi istehlakçı əminliyinin geriləməsinin müşahidə edilməsi dinamik bazar dəyişikliklərinə uyğunlaşmaq məqsədilə güclü bazar prinsiplərinə əsaslanan daşınmaz əmlak növlərinin araşdırılmasının vacibliyi qeyd olunur.
Təkliflərə əsasən, hesabat ilində büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi fonunda valyuta bazarının tənzimlənməsi məqsədilə xarici valyutanın milli valyutaya konvertasiya edilməsi ilə dövlət büdcəsinə köçürmələr transfert məbləğində əhəmiyyətli volatilliyin müşahidə edilməsi (transfert üzrə qənaət) Dövlət büdcəsi üzrə xarici borc öhdəliklərinin bir hissəsinin daxili borclanma ilə əvəz edilməsi (ortalama 5%-8% aralığında) maliyyə planlaşdırmalarında fiskal və monetar siyasətin qarşılıqlı vəhdətindən irəli gələn yeni meyarların hazırlanmasının vacibdir.

Dəyişkən bazar şəraitində idarəetmə çevikliyinin təmin edilməsi məqsədilə ümumi olaraq valyutalar üzrə bölgü sisteminə yenidən baxılması orta və uzunmüddətli investisiya strategiyasının tətbiqinə və investisiya portfelinin bu strategiya fonunda daha da optimallaşdırılmasına şərait yaratmasının məqsədəuyğunluğun sayılır. Auditor hesabatı Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın 6.1-ci bəndinə uyğun olaraq, Dövlət Neft Fondunun Müşahidə Şurasına təqdim edilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Fonduna göndərilməsi təklif olunur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:18
Bu günə olan məzənnə açıqlanıb
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
İqtisadiyyat 14:42
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
Banklardakı valyuta hərraclarındakı satış azalıb
İqtisadiyyat 12:36
Banklardakı valyuta hərraclarındakı satış azalıb
Məzənnə açıqlanıb
İqtisadiyyat 09:57
Məzənnə açıqlanıb
Azərbaycan neftinin qiyməti bahalaşıb
İqtisadiyyat 09:20
Azərbaycan neftinin qiyməti bahalaşıb
ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən azalıb
İqtisadiyyat 22:04
ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən azalıb
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
İqtisadiyyat 16:38
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
İqtisadiyyat 09:09
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
İqtisadiyyat 17:02
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol